Uşaqlarınızı bu xəstəlikdən qoruyun:
  XƏBƏRDARLIQ

Uşaqlarınızı bu xəstəlikdən qoruyun: XƏBƏRDARLIQ

Hazırda oxunan: Uşaqlarınızı bu xəstəlikdən qoruyun: XƏBƏRDARLIQ

237443

Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır.

xa0

Moderator.azxa0Azərtac-a istinadən xəbər verir ki, uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir. Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır.

xa0

Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır.

xa0

Azərbaycan Tibb Universitetinin qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, əgər valideynlərdən birində allergiya varsa, uşaqda 50 faiz, hər ikisində varsa, uşaqda ona meyl iki dəfə artmış olur. Həmin ailədə ana uşağın qidasına daxil etdiyi yeni yeməkləri birdən-birə və çox miqdarda deyil, tədricən və az-az verilməlidir.

xa0

Allergiyaya erkən aşkar edildikdə onun müalicəsi mümkündür.. Müalicənin gecikdirilməsi isə ciddi fəsadlara və ağırlaşmalara gətirib çıxara bilər.

xa0

Apteklərdə çoxlu antihistamin dərmanlar satılır. Lakin həkimlə məsləhətləşmədən onlardan istifadə etmək düzgün deyil, çünki yanlış müalicə ciddi fəsadlara səbəb ola bilər.

xa0

Uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, burun və gözdə qaşınma və asqırmanın artmasıdır. Bəzən xəstə uşaq 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır.

xa0

Allerqoloqlar uşaqları çox şirin, duzlu qidalardan uzaq saxlamağı, onlara konservləşdirilmiş qida və şirələr verməməyi məsləhət görürlər. Yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ət, bəzən isə inək südü allergiyaya ən çox səbəb olan qidalar hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO