Hirkan Milli parkında baş verən yanğın söndürüldü

Hirkan Milli parkında baş verən yanğın söndürüldü

Hazırda oxunan: Hirkan Milli parkında baş verən yanğın söndürüldü

234467

Hirkan Milli parkının ərazisində yangın söndürülüb.xa0

xa0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənxa0Moderator.az-a məlumata görə, iyulun 27-də saat 23:00 radələrində Lənkəranxa0 rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib.

xa0

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları,xa0Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

xa0

Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.xa0

xa0

Yanğının səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO