“Kitaba qarşı ən laqeyd münasibət mediadandır”

“Kitaba qarşı ən laqeyd münasibət mediadandır”

Hazırda oxunan: “Kitaba qarşı ən laqeyd münasibət mediadandır”

233649
Yay mövsümündə tez-tez parklarda kitab yarmarkaları təşkil edən ölkənin ən tanınmış nəşriyyatlarından biri olan “Qanun” nəşriyyatı həmişə olduğu kimi insanlara kitab təqdim etməkdə öndədir. Bəs insanların tətilə getmələri kitab satışına təsir etməyibki?

Nəşriyyatın direktoru, naşir Şahbaz Xuduoğlu Moderator.az-a açıqlamasında bildirdi ki, əksinə, yay aylarında daha çox kitab satmaq mümkün olur:

“Əslində biz çalışırıq ki, kampaniyaları yay aylarında keçirək. Kitablara təşkil olunmuş yarmarkalarda çox böyük endirimlər edilir və bu endirimlər hesabına azalmalar hiss olunmur. Adamlar bu gün də kitab alır. Kitab satışıyla bağlı az da olsa, yaxşılığa doğru inkişaf var, kitaba maraq artır. Bu sevindirici haldır”.

Ş.Xuduoğlu medianın kitabla bağlı kampaniyalara laqeyd müasibət göstərdiyini bildirib:

“Biz mediayla bağlı bir neçə kitab çap etmişik. “Azərbaycan” qəzetinin 1918-ci il nəşrlərini külliyyat halında və media hüquqları ilə bağlı kitablar çap etmişik. Amma media bizimlə bağlı heç bir iş görməyib. Kitaba qarşı ən laqeyd münasibət mediadandır”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO