Yasamal susuz qalacaq

Yasamal susuz qalacaq

Hazırda oxunan: Yasamal susuz qalacaq

225495
Sabah Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu haqda Moderator.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO