Ramazan ayının başlanması ilə bağlı fitva verildi

Ramazan ayının başlanması ilə bağlı fitva verildi

Hazırda oxunan: Ramazan ayının başlanması ilə bağlı fitva verildi

225262
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fitva verib.

Oxu.Az-ın məlumatına görə, fitvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.

Fitvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.xa0

Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO