Generallar

Generallar "Bakı Marafonu 2018"-dən danışdı: "Bu yarış həm də..."

Hazırda oxunan: Generallar "Bakı Marafonu 2018"-dən danışdı: "Bu yarış həm də..."

225062
"Bakı Marafonu 2018” çox gözəl təşəbbüsdür. Bu təşəbbüsə biz də qoşulmuşuq. Bu yarışda iştirakımızla gənclərimizə nümunə göstəririk."

Bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018”in iştirakçısı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

Bakı marafonunun artıq ənənəvi tədbirə çevrildiyini qeyd edən Elçin Quliyev deyib: "Bu cür tədbirlər insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olmalarına töhfəsini verəcək. Gənclərimizin fiziki cəhətdən sağlam böyüməli, idmanla məşğul olmalı, Vətənimizə layiqli vətəndaş kimi formalaşmalıdırlar”.

"Bakı marafonu dövlətimizin başçısı tərəfindən ölkəmizdə aparılan gənclər siyasətinə dəstəkdir. Bu yarış həm sağlam həyat tərzinin, həm də insanlar arasında həmrəyliyin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir."

Bu fikirləri isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018”in iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bildirib.

Mədət Quliyev qeyd edib ki, artıq hər il keçirilən bu marafona həm ölkə vətəndaşları, həm də əcnəbilər böyük maraq göstərirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO