Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI

Hazırda oxunan: Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI
222757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərdən bəzilərinin fotoları yayılıb.

Bizim.Media “oxu.az”a istinadən həmin fotoları təqdim edir:

Baş gizir Ruslan Əhliman oğlu Qurbanov

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI - foto 1


Çavuş Bəhlul Aydın oğlu Əliyev

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI - foto 2


Çavuş Qələndər Mail oğlu Əhmədov

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin FOTOLARI - foto 3

Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.

Qəzada ölən digər şəxs "Mercedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO