Ziyalılar 5 yaşlı Moderator.az-ı  belə təbrik etdilər”“ YUBİLEY

Ziyalılar 5 yaşlı Moderator.az-ı belə təbrik etdilər”“ YUBİLEY

Hazırda oxunan: Ziyalılar 5 yaşlı Moderator.az-ı belə təbrik etdilər”“ YUBİLEY

197274
Noyabrın 1-də Azərbaycan informasiya məkanında özünəməxsus yer tutan xəbər portallarından biri Moderator.az saytının beş yaşı tamam olur. 5 il bundan əvvəl yaranan və elektron dünyada əsas xəbər bələdçilərindən biri sayılan Moderator.az həm bilgiləndirici, həm maarifləndirici, həm də analitik istiqamətdə oxucuları gün ərzində xeyli sayda materiallarla təmin edir.xa0

Gündəmi əhatə edən sosial-siyasi məsələlərdən tutmuş, elmi, ədəbi, mədəni araşdırmalar, silsilə müsahibələr, ciddi mövzularla oxucularla görüşür. Əsasən də, ziyalı təbəqənin sevgisini qazanan sayta elə ziyalıların da xeyir-duası və ürək sözləri olub:

Məmməd İsmayıl (şair, professor) ”“ “Saytlar bolluğunda fərqli bir yerə sahib olmaq, geniş oxucu auditoriyası qazanmaq günümüzün reallığında ele də asan iş deyil. Beş yaşını keçirməkdə olduğumuz Moderator.az bu mətbuat bolluğunda özəl bir yerə sahibdir. Bacara bildiyi qədər tərəfsizliyini qoruyan, həqiqətin yanında yer almağa çalışan, yalançı sensasiyaların, əxlaqi baxımdan ikrah doğuran reklamların arxasınca getməyən Moderator.az saytının gecə-gündüz qarışqa misalı çalışan əməkdaşlarını yubileyləri münasibəti ilə könüldən təbrik edir, başarılarının davamını diləyirəm”x9d.

Ramiz Həsənoğlu (Xalq artisti, rejissor) ”“ “Moderator.az saytında məni maraqlandıran materiallara rast gəlirəm və sənət, ədəbiyyat, incsənət aləmində baş verənlərlə tanış oluram. Saytınızdaxa0 dərin və məzmunlu xəbərlər əskik olmasın. Təbrik edirəm!”x9d

Əhməd Qəşəmoğlu ”“ (şair, sosioloq) - Əvvəlcə Moderator.az-ı 5 yaşı münasibətilə ürəkdən təbrik edirəm. Özüm bu saytın daimi oxucuları sırasındayam. Kifayət qədər əhatəli, maraqlı mövzularla çıxış edir. Hər saat bu kimi mövzuları oxuculara təqdim edir. Əhalinin hər təbəqəsinin fikirləri tərəfsiz olaraq burada əks olunur. Belə bir saytın olması Azərbaycanın özü üçün çox gözəl göstəricilərdən biridir. Mən Moderator.az-ı bir daha təbrik edir, bütün kollektivə uğurlar arzulayıram. Arzulayıram ki, saytın fəaliyyəti bu gündən sonra daha məzmunlu və uğurlu olsun”x9d.

Nəriman Əbdürrəhmanlı (yazıçı, tərcüməçi) -xa0"Moderator.az" saytını ciddiyyətinə, peşəkarlığına və hadisələrə çevik reaksiya verdiyinə görə qiymətləndirirəm. Artıq əksər elektron mətbuat vasitələrinin tutulduğu bayağılıq xəstəliyi "Moderator.az"dan yan keçib. Xüsusisilə maarifləndirici yazıların, araşdırmaların üstünlük təşkil eləməsini bəyənirəm. Əminəm ki, axıracan da öz simasını qoruyub saxlayacaq! Kiçik yubileyiniz mübarək!

Bahəddin Həziyev (jurnalist, “Bizim yol”x9d saytının baş redaktoru) ”“ “İndiki sayt bolluğunda boğulmayan media orqanları az saydadır. moderator.az saytına da bu bolluqda yaşamaq və bol uğurlar arzulayıram!”x9d

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO