Siyavuş Novruzov: "Hadi Rəcəbli ölkəmizi layiqincə təmsil edib"

Hazırda oxunan: Siyavuş Novruzov: "Hadi Rəcəbli ölkəmizi layiqincə təmsil edib"

187621

“Hadi müəllim parlamentin ən ağır sahəsi olan Sosial siyasət komitəsinə uzun müddət rəhbərlik edib. Biz onunla həm deputat həmkarı, həm də yaxın dost olmuşuq. Birlikdə rayonlara səfərlər etmişik, təbliğat kampaniyalarında, xarici səfərlərdə iştirak etmişik”.

Bu sözləri sabiq deputat Hadi Rəcəblinin dəfn mərasimində Bizim.Media-ya açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hadı Rəcəbli vəfat etdi


Komitə sədri qeyd edib ki, Hadi Rəcəbli ölkəmizi layiqincə təmsil edib:

“O bir ziyalı, həm də müəllim kimi böyük təcrübəyə malik insan idi. Həyat eşqi çox güclü idi. Onunla səfərə çıxan, rayona gedən biri heç zaman yorulmazdı. Sonuncu dəfə Ramazan bayramında bir-birimizi təbrik etdik. O da oruc tuturdu. Fikirləşirdik ki, görüşərik...”

Məhərrəm Əliyev, Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO