Bayram günü ölkə ərazisində gözlənilən hava AÇIQLANDI

Hazırda oxunan: Bayram günü ölkə ərazisində gözlənilən hava AÇIQLANDI

183235

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu doqquz dərəcə, minimal temperaturu isə beş dərəcə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, küləyin sürəti 15-20 m/san olacaq.

Gəncə-Qazaxda maksimal temperatur 11 dərəcə, minimal temperatur isə üç dərəcə olacaq. Küləyin sürəti 15 m/saniyəyə çatacaq. Balakən-Şəkidə maksimal temepartur 11 dərəcə, minimal temperatur isə dörd dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Dağlıq Şirvan ərazisində havanın maksimal temperatur səkkiz dərəcə, minimal temperatur isə dörd dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq. Quba-Qusarda havanın maksimal temperaturu beş dərəcə, minimal temperaturu isə sıfır dərəcə olacaq. Küləyin sürəti 15-17 m/s-yə çatacaq.
Mərkəzi Aran zonasında havanın maksimal temperaturu 13 dərəcə, minimal temperaturu isə beş dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq. Lənkəran - Astra zonasında havanın maksimal temperaturu 11 dərəcə, minimal temperaturu isə iki dərəcə olacaq. Küləyin sürəti 15 m/s olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın maksimal temperaturu 10 dərəcə, minimal temperaturu isə iki dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s olacaq.

Qarabağ və Şərqi-Zəngəzur bölgəsində havanın maksimal temperaturu beş dərəcə, minimal temperaturu isə mənfi beş dərəcə olacaq. Külək 15 m/s olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO