ETSN: Bakıda 1 hektar ərazidə 57 ağac yanaraq məhv olub

ETSN: Bakıda 1 hektar ərazidə 57 ağac yanaraq məhv olub

Hazırda oxunan: ETSN: Bakıda 1 hektar ərazidə 57 ağac yanaraq məhv olub

180898
Bu gün saat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib.
xa0
ETSN-in mətbuat xidmətindən verilən xəbərə görə, ərazidə əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq 1 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb yoldan keçən avtomobillərdəki ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş siqaret kötüyünün yerə atılması olub:
xa0
"Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 24 Eldar şamı, 19 ayland, 9 akasiya, 5 oleandr, ümumilikdə 57 ədəd ağac yanaraq məhv olub, 288 ədəd ağaca isə ziyan dəyib.xa0
xa0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində min bir əziyyətlə yetişdirilmiş ağaclar məhv olub, yaşıllıq sahəsinin bir hissəsi yanıb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan siqaret kötüyünü yerə atır və yaşıllığın yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır.
xa0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq bərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub.
xa0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və xalqımızın milli sərvəti olan meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO