Şimal bölgəsində qızılcaya yoluxmalarla bağlı SON STATİSTİKA 

Şimal bölgəsində qızılcaya yoluxmalarla bağlı SON STATİSTİKA 

Hazırda oxunan: Şimal bölgəsində qızılcaya yoluxmalarla bağlı SON STATİSTİKA 

167407

Son günlərdə ölkəmizdə qızılcaya yoluxma halları sürətlə artır. Paytaxt Bakıda olduğu kimi, regionlarımızda da bu xəstəliyə yoluxma halları mövcuddur.

Bizim.Media şimal bölgəsində məktəblilər arasında qızılca xəstəliyinin yayılması ilə bağlı son vəziyyəti araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qızılcaya yoluxan bacı-qardaş evə buraxıldı


Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin yerlərdəki sektor müdirləri bu gün saat 15-ə olan son rəqəmləri bizimlə bölüşüblər.

Regional idarənin Xaçmaz sektorunun müdiri İnqilab Musayev hazırda rayonda məktəblilər arasında 32 yoluxma faktının qeydə alındığını bildirib. Onun sözlərinə görə, yoluxma əsasən Hülövlü, Köhnə Xaçmaz, Müşkür kənd, Xaçmaz şəhərindəki 2 və 3 saylı məktəblərdə qeydə alınıb.

Qurumun Qusar sektorunun müdiri Nairə Klıçova rayonda məktəblilər və azyaşlılar arasında qızılca ilə yanaşı, suçiçəyi virusunun da yayıldığını açıqlayıb. Ümumən rayonda suçiçəyinə və qızılcaya 35 nəfərin yoluxduğunu deyən sektor müdiri onlardan 15-nin suçiçəyi, qalanının isə qızılca olduğunu qeyd edib. Suçiçəyinə yoluxanlardan yalnız biri Samur qəsəbəsindəki uşaq bağçasında işləyən tərbiyəçi olub. Ümumi olaraq qızılca və suçiçəyinə yoluxma həm şagirdlər, həm də məktəbəqədər tərbiyə müəssisələrində müşahidə edilib.

Şabran rayonunda 18 şagirddə qızılca xəstəliyi qeydə alınıb ki, bunların 3-də virus bu gün aşkarlanıb. Məlumatı Şabran təhsil sektorunun müdiri Emin Mövsümov verib.

Siyəzən rayonunda isə 3 nəfər qızılcaya yoluxub. Siyəzən rayon İcra Hakimiyyətindən verilən məlumata görə onlardan 2-si azyaşlı, biri isə Siyəzən sakini, Bakıda təhsil alan 20 yaşlı tələbədir.

Qubada da məktəblilər arasında həm qızılca, həm də suçiçəyi yayılıb. Quba təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bu barədə məlumat verib. Rayonda 6 şagirddə qızılca, 6-da isə suçiçəyi aşkarlandığını deyən sektor müdiri uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasının mənfi tərəflərindən danışıb.

O qeyd edib ki, valideynlər uşaqlarını həkimə aparmağa və ya tibb işçisi çağırmağa meyilli deyillər:

“Onlar övladlarının evdə müalicə olunmalarına üstünlük verirlər. Biz həkimi özümüz evlərə göndəririk ki, uşaqlar müalicə olunsunlar. Rayon gigiyena və epidemiologiya mərkəzi ilə birgə kompleks tədbirlər görürük ki, yoluxma tam aradan qaldırlsın".

Qeyd edək ki, yoluxucu virusa yoluxanlar ev şəraitində 21 gün karantinə alınırlar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO