I yazı
İnsan xa0yaradılışdan qəribə özəlliklərə malikdir. Hər kəsin özünəməxsus xasiyyəti, özünəməxsus iradəsi, özünəməxsus əqidəsi, özünəməxsus doğrusu, özünəməxsus yalanı var.
İnsan Uca Yaradanın Yer kürəsinə lütf edtiyi möcüzəsidir...xa0
İnsan təbiətin bütün canlılarından fərqlidir...
İnsan düşünür, insan yaradır, insan kəşf edir, insan qoruyur, insan öldürür, insan öldürülür...
Dünyada baş verən bütün müharibələrin, bütün bəlaların başında kim durur ?-İNSAN...
Dünyada baş verən müharibələrdə, ixtişaşlarda canını itirən kim olur?
Yenə də İNSAN...
Söhbətimin mövzusu xa0siyasi əqidə yoxsa yaltaqlıqdır.
Niyə bu mövzuya toxunuram? İllərdir bu mövzu, daha doğrusu bu sual məni düşündürür.xa0
Əqidə-insanın kimliyini təqdim edən bir vasitədir.
Əqidə-insanı ucaldan və eləcə də yerlə yeksan edə biləcək xa0gücə malik olan bir qüvvədir.
Amma baxaq görək bu qüvvədən bizlər necə istifadə edirik. Dəyərini qoruya bilirikmi?
Bəzən çoxları xa0əqidə ilə iradəni səhv salırlar. Əslində iradəsi zəif olan insanın əqidəsi də "oynaq" olur. Yəni həmin insanı istənilən səmtə yönəltmək, istənilən xa0tərzdə idarə etmək çox asandır.
İradəsi möhkəm olan insanı isə heç vəchlə nə əqidəsindən döndərmək, nə də ondan müxtəlif işlərdə istənilən tərzdə istifadə etmək asan deyil.
Bəzən görürsənki, illər boyu müəyyən bir siyasi partiyaya mənsub olan şəxs xa0həmin partiyadan, partiyadaşlarından ayrılıb başqa bir partiyaya üz tutur. Bir müddət orda fəaliyyət göstərir, sonra ordan da uzaqlaşır. Sonunda səbəbi belə olur:
"Mənlik olmadı oralar."
Müxalifət-iqtidar...
İki ayrı-ayrı siyası qollar.
Bu gün müşahidə etdikcə müxalifətin daxilində parçalanmaların, ayrı-seçkiliyin çoxaldığının şahidi oluruq.
Səbəb?
Səbəblər müxtəlifdir. Müxtəlif düşüncələr, müxtəlif təhlillər, özünə müxtəlif tərzdə haqq qazandırmalar.
İnsan hər hansı bir siyasi mövqeyi seçəndə dərindən təhlil etməli, həmin mövqedə nələrin müsbət, nələrin mənfi olduğuna nəzər salmalı, yani min ölçüb, bir biçməlidir.
xa0Siyasətdən xəbəri olmadan və yaxud da sadəcə siyasi bir partiyanın üzvi olmaq kimi "reklam" xarakterli addım atmaqla özünü tanıtmaq həvəsi də bu mövzuda önəmli rol oynayır.
Mənsub olduğu partiyanın Nizamnaməsindən xəbəri olmayan siyasi partiya üzvləri az deyil.
Siyasi əqidəsi bütöv olan harda olursa olsun, hansı təzyiqlərə, hansı maneələrə rast gəlirsə gəlsin mətin olur, dözümlü olur, səbrli olur.
Fərq etmir bu iqtidaryönlüdür yoxsa müxalifyönlü.
xa0Siyasi əqidə anlayışı böyük və üzərində düşünüləcək məvhumdur.
Ona görə də bəzən əqidə bütövlüyünü yaltaqlıqla səhv salırlar.
Partiya sədrinin gözünə girmək və ya müəyyən kürsüyə sahib olmaq üçün canı dildən özünü sadiq göstərənlər az deyil.
Əslində, bu onların əsil üzləri deyil. Onların əsil simaları gecələr özləriylə tək qalanda üzə çıxır. Və yaxud da ki, yeyib-içmək məclislərində.
Elə ki yüz qramın təsiri başı fırladır, hə məclis qızışır nə qızışır.
Həmin bu sadiq "partiya fünksiyaneri" yıxıb sürüyür, guya bunu zorla yazıblar partiyaya, guya bu da üzlərindən keçməyib və s. və ilaxır.
Beləcə, bu "sadiq" bəy və ya xanım özünə haqq qazandırmaq üçün nələr danışmırlar.
Adama deyən gərək ay Allahsız, özünün yalvar-yaxarla partiyaya keçən gününü niyə belə tez unudursan?
Xalidə Xalid































































































