Bakı şəhər sakini sakini, Kərimov Tural Vaqif oğlu başına gələn bədbəxt hadisə nəticəsində yataq xəstəsi olub.xa0
Tural başına gələn bədbəxt hadisəni danışıb:
“Bakida fəhlə işləyirdim. İşdən evə gedərkən qəza nəticəsində xəsarət aldım və Bakının “semoşka”x9d xəstəxanasına çatdırıldım. 1 ay komada qaldım. 12 dəfədən çox əməliyyat olmuşam. Arxa sümüklərimdən, qarın deşikərindən və yan hissələrimdən əməliyyat oldum. Əməliyyatları, dərmanları və sistemləri öz hesabımıza etmişik.xa0
Hazırda evimizi satmışıq. Ayaqda tas, sidik kisəmdəki daş və kəsilmiş-deşilmiş, bədənimdə olan çirklə bağlı əməliyyatlarımı etmək üçün Astarxan şəhərinə gəlmişik. Astarxanda atam və anamla kirayə qalırıq.”x9d
Turalın bildirdiyinə görə, işdən evə gedərkən iş yoldaşlarının olduğu maşınla avtobus toqquşub. Nəticədə maşında olan şəxslər xəsarət alıblar. Onun çanaq nahiyyəsindəki zədənin bərpası üçün Almaniyadan xüsusi süni çanaq gətirilməli, əməliyyatı isə Astarxan şəhərində keçirilməlidir. Bu əməliyyatın reallaşdırılması üçün Kərimovlar ailəsinə böyük məbləğda vəsait lazımdır. Hazırda Tural Kərimov ailəlidir və bir qız övladı var.xa0
Tural Kərimov redaksiyamıza məktub ünvanlayıb:xa0
xa0“Aleksandra”x9d xəstəxanasının urologiski addelenyasında 2 ay yatmışam. Həkimlərin rəyinə görə əvvəl ayaqdan əməliyyat olunmalıyam. Daha sonra Allahın köməkliyilə böyrək və bağırsaq əməliyyatlarına getməliyəm. Ayaq əməliyyatında sümüyümə tas qoyulmalıdı. 3 ay orda olmalıyam. Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım artıq satdığımız evin pulu qurtarıb. İmkanımız yoxdu ki, iynə-dərmanlarımı alaq. Allahın köməkliyilə sizin maddi dəstəyinizə çox ehtiyacim var. Mənim bir qız övladım var. Adı Yağmurdu. Körpəmə xatir mənə yardım edin. Qızım boynu bükük qalmasın. Astarxan şəhərinə gələndən qızımın səsini skayp-da eşidirəm. İcazə ərizəsi yazım qızım yanıma gələ bilsin. Təəssüf ki, onuda edə bilmirəm. Əvvəlcədən ailəm adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hörmətlə və ümüdlə Kərimov Tural Vaqif oğlu...”x9d
Əlaqə nöməsi: +79673347088




































































































