Ucarda zəncirvari QƏZA: 10 nəfər xəsarət aldı - FOTO  

Hazırda oxunan: Ucarda zəncirvari QƏZA: 10 nəfər xəsarət aldı - FOTO  

163665

Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur. 

Bunlar - "Mercedes"in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, "Toyuta"nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri - 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları - 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır. 

Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib. 

Qeyd edək ki, Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib. 
Rəşad Lətifovun İdarə etdiyi "Mercedes" və Cəlal Cəfərovun idarə etdiyi "Toyota Carolla" markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı "Mercedes" markalı minik maşınına çırpılıb. 

Faktla bağlı araşdırma aparılır. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO