Laçınla Ukraynanın İrpen şəhəri qardaşlaşacaq

Laçınla Ukraynanın İrpen şəhəri qardaşlaşacaq

Hazırda oxunan: Laçınla Ukraynanın İrpen şəhəri qardaşlaşacaq

189378

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İrpen şəhər Meriyası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayacaq – FOTO


“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO