MOK-un baş katibi EYOF Komissiyasının iclasında iştirak edib

Hazırda oxunan: MOK-un baş katibi EYOF Komissiyasının iclasında iştirak edib

163646

Noyabrın 8-də Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib. 

Əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub. Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub. Əlavə olaraq görüşdə EYOF-un gələcək plan və strategiyalar, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO