Baş DYP-dən xəbərdarlıq...

Baş DYP-dən xəbərdarlıq...

Hazırda oxunan: Baş DYP-dən xəbərdarlıq...

151676
DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb.xa0


İdarədən verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.xa0

Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan”“Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xırdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO