Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO    

Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO    

Hazırda oxunan: Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO    
148367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni” QSC Bənövşəyi xəttin “B-04” stansiyası üçün Almaniyanın Hamburq şəhərindən 17 yeni eskalator alır. 

Bizim.Media xəbər verir ki, QSC-nin nümayəndələri eskalatorları qəbul etməzdən əvvəl 3 gün ərzində qəbul-sınaq prosesində iştirak ediblər.  

Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb. 

Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub. 

Qeyd edək ki, “B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib.
Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb. 

Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO     - foto 1
Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO     - foto 2
Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO     - foto 3

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO