“Azerbaycandan Olduğu gibi”x9d adlı proqram ötən ildən etibarən Türkiyə kanallarından birində yayımlanır. Verlişin layihə rəhbəri Şəbnəm Naibli proqramın ancaq maarifləndirici olduğunu dilə gətirib. Azərbaycanın tarixi, mədəniyyəti, bölgələri bir sözlə milli olan hər şeyimizi dünyaya tanıtmaq proqramın məqsədidir.
Şəbnəm Naibli Moderator.az-a proqram haqda bunları danışdı:
"Qardaş ölkənin "Bahartürk" telekanalında bir sezon yayımlandı. Verilişimizdə ikinci sezona başladıq. Yay boyunca istirahət etmədən yeni sezonun çəkilişlərini etdik. 2016-cı il Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şəki Şəhərində çəkilişlər etdik. Biz bəzi yerli dırnaq arası aparıcılarımız kimi özümüzü reklam etmirik, sponsor axtarmaq və yaxud şan şöhrət arxasınca qaçmaq üçün çıxmırıq. Bəzi layihə rəhbərləri kimi bayağı, qalmaqallı verlişlərlə reytinq dalınca qaçmırıq. Başqa bir ölkədə Azərbaycanın milli mətbəxini, adət-ənənəsini, mədəniyyətini, tarixini, tarixi abidələrini, ziyalı şəxslərini, zəhmətkeş insanlarını, qədim kəndlərini, rayonlarını, qəhrəman oğullarını olduğu kimi tanıdırıq. Bəzən çətinliklərlə üzləşsək də yorulmuruq, dayanmırıq, ruhdan düşmürük və işimizin öhdəsindən layiqincə gəlirik. Biz tariximizə sahib çıxmalıyıq, bacardığımız qədər qorumalıyıq. Ermənilər hər gün bizim olan nələrisə oğurlayıb öz adına çıxarır. "Sarı gəlin" mahnımız heçkimsənin yadına düşmürdü? Erməni öz adına çıxandan sonra bütün müğənnilərimiz "Sarı gəlin" oxumağa başladı. Niyə ondan əvvəl kiminsə yadına düşmürdü? Biz öz verilişimizdə ölkəmizin regionlarını, rayonlarını qarış-qarış gəzib tariximizi, bizim olan hər şeyi göstəririk ki, bu bizimdir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, vətəninə, milli dəyərlərinə, tarixinə, mentalitetinə sahib çıxsın".







































































































