“Vahidin qəzəllərinin Süleyman Rüstəm tərəfindən “oğurlandığı”x9dnı eşitmişdim”x9d

“Vahidin qəzəllərinin Süleyman Rüstəm tərəfindən “oğurlandığı”x9dnı eşitmişdim”x9d

Hazırda oxunan: “Vahidin qəzəllərinin Süleyman Rüstəm tərəfindən “oğurlandığı”x9dnı eşitmişdim”x9d

141441
Dövrünün böyük şairi, qəzəlxanı olan Əliağa Vahidin oğlu Ramiz İsgəndərov Moderator.az saytına müsahibəsində atasının bir çox qəzəllərininin məşhur şairlər tərəfindən oğurlandığını qeyd edib.xa0

Onun fikrincə, Vahid qəzəllərini çap etdirməkdən ötrü tanınmış şair dostlarına verirdi. Onlar isə həmin qəzəlləri öz adlarına çıxarıb çap etdirirdilər.xa0

Tanınmış şair, qəzəlxan Əvəz Qurbanlı Moderator.az saytına açıqlamasında bu faktı tam olaraq inkar edib. Onun sözlərinə görə, xalq arasında Vahid haqqında uzun illərdir ki, gəzən rəvayətlərin bəziləri bu xa0mövzudadır. Lakin konkret hansı müəllifin hansı əsərinin oğurlandığını kimsə demir: xa0

“Əvvəlcə deyim ki, Vahid öz dövrünün şairlərinə nisbətən, daha çox mübahisə və müzakirə mövzusu olub. Bunun bir çox səbəbləri vardı. Bu səbəblərin sırasında onun istedadlı şair olması faktoru da olmamış deyildi. Lakin əsas məsələ bu deyildi. Vahid sovet dövrünün bir “ərköyün”x9d, xa0Mircəfər Bağırovun sözü ilə desək, “ayağı qaloşlu”x9d şairi idi. Bilirsiz, Vahidin yaradıcılığının çiçəkləyən dövrü repressiya illərinə təsadüf etmişdi və bu repressiyalardan da onu elə M.Bağırov xilas etmişdi. Vahid öz müasirlərinin hansı təqiblərə və məhrumiyyətlərə məruz qaldığının yaxşı fərqində idi. Ona görə də özünü belə təhlükələrdən sığortalamaq üçün “sərxoş, əhlikef, şıltaq”x9d bir söz adamı kimi görünməyə çalışmışdı və buna da nail olmuşdu. Tutaq ki, hansısa qəzəlində, yaxud, meyxanasında sovet rejiminə və onun təəssübkeşlərinə toxunan bir fikir olsaydı, bunun ciddiyə alınmaması üçün ayıq vaxtlarda da özünü sərxoş kimi göstərirdi. O, həmişə rəsmi məclislərdən çəkinir, xalq arasında olmağa daha çox üstünlük verirdi. Beləliklə, Vahid haqda bir “cəfakeş şair”x9d obrazı formalaşırdı. Bununla da daim əzablara qatlaşan, bəxti gətirməyən istedadlı və cəfakeş şair haqda xalq arasında rəvayətlər danışılırdı və bəzən bu danışılanlar da uydurma olurdu. Belə dedi-qodulardan biri də bu idi ki, guya hansısa şairlər Vahidin yazdıqlarını öz adlarına çıxıblar. Bilirsiz, hər kəsin haqqını özünə verməyi bacarmaq çox-çox məsuliyyətli işdir. Vahid öz dövrünün təkrarsız qəzəl şairi idi ”“ buna söhbət yox. Amma bu, ona əsas vermir ki, digərlərinin adına ədəbiyyat tarixində oğurluq ləkəsi vurulsun. Mən Vahidin qəzəlinin oğurlana biləcəyini istisna etmirəm. Əlbəttə, söz oğurluğu hər bir söz adamının qarşılaşa biləcəyi arzuolunmaz haldır. Hətta bir qələm adamı kimi vaxtilə mənim də şerimi oğurlamaq istəyiblər. Lakin bir müəllif kimi buna etiraz edib haqqımı tələb etmişəm. Ən azı, ictimaiyyət həmin əsərin mənə məxsus olduğunu bilib. Vahid də öz dövründə belə addımlar ata bilərdi. Deyə bilərdi ki, filankəslər mənim filan qəzəlimi oğurlayıblar. Varmı belə bir fakt? Mən rast gəlməmişəm. Varsa da, kimlərinsə Vahid adından uydurması ola bilər. Vahidin özünün belə bir fikir söyləməsinə inanmıram. Qəribədir ki, aradan onillər keçməsinə baxmayaraq, Vahid ətrafında bu oğurluq söz-söhbəti bitmək bilmir. Hətta bu gün də onun şeirlərinin vaxtilə kimlər tərəfindənsə oğurlandığı barədə danışırlar. Həmin adamlara səslənirəm: göstərin, görüm hansı qəzəli hansı şair oğurlayaraq öz adına çıxıb? Gətirin üslubşünaslara təqdim edin, görək o mübahisəli qəzəl hansı şairin üslubuna daha çox yaxındır. Yeri gəlmişkən, mən hələ uşaq yaşlarımda Vahidin qəzəllərinin Süleyman Rüstəm tərəfindən “oğurlandığı”x9d haqda eşitmişdim. Sonralar sözdən anlamağa başlayanda gördüm ki, bu iddianın heç bir əsası ola bilməz. Çünki Süleyman Rüstəm kifayət qədər istedadlı və usta şairdir. Əgər o sovet həyatının tərənnümçüsü olmasaydı, oturub qəzəl yazsaydı, o zaman görərdik ki, həmin dövrdən qəzəl şairi kimi daha çox kim parlayacaq ”“ Vahid, yoxsa, S.Rüstəm. Bilirsiz, istedadlı adam heç vaxt başqasının şerinə göz dikə bilməz. Ona görə də belə söz söhbətlərin yayılmasının qəti əleyhinəyəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO