Bu gün “Sovetski”x9d sakinlərinə verilən möhlət bitir

Bu gün “Sovetski”x9d sakinlərinə verilən möhlət bitir

Hazırda oxunan: Bu gün “Sovetski”x9d sakinlərinə verilən möhlət bitir

140636
Bəzi sakinlərlə razılıq əldə olunmayıb; amma icra orqanları evləri sökməkdə israrlıdır
Bakının “Sovetski”x9d kimi tanınan məhəlləsinin Abbas Mirzə Şərifzadə küçəsində aparılan söküntü işləri yekunlaşmaq üzrədir. İyunun 13-də (bu gün) həmçinin “Sovetski”x9d sakinlərinə evlərini tərk etmək üçün verilən möhlət də bitir.

Sakinlərin musavat.com-a verdikləri məlumata görə, onlara evlərini tərk etmələri üçün 13 iyuna qədər vaxt qoyulub. xa0Əks təqdirdə mənzilləri içərisindəki əşyalarla birlikdə uçurulacaq. Lakin sakinlər bununla razılaşmırlar. Onlar yenə də evlərindən çıxmayacaqlarını bildirib, mübarizədən çəkilmirlər.

“Sovetski”x9ddəki hazırkı vəziyyətlə bağlı “Yeni Müsavat”x9da məhəllədə qədim tarixə malik olan binada yaşayan Faiq Əliyev məlumat verib. Öncə qeyd edək ki, Faiq Əliyevin yaşadığı bina haqqında mətbuat çox yazıb. F. Əliyevin açıqlamasına görə, 1895-ci ildə tikilmiş bina Şirinbəy adlı şəxsə məxsus olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Şirinbəy həyat yoldaşı Zəminə xanımla birlikdə bu mülkü qoyaraq ölkəni tərk edib. Onlardan sonra burada rus ailəsi yaşayıb. Daha sonra mülk Faiq Əliyevin ailəsinə satılıb. Bina xa0121 il öncə tikilsə də, yaşamaq üçün tam yararlı vəziyyətdədir. F. Əliyev bildirib ki, xa0mübarizələrinə baxmayaraq, artıq həmin binanın da söküntüsünə başlanılıb: “10 iyun tarixində xa0evimizin üzərində tarixi daşları sökməyə başladılar. Təbii ki, bu, evin özünə də ziyan verir. Səhər açılan kimi gəlirlər ki, evi sökürük. Nə qədər mane xa0olmağa çalışsaq da, söküntü işlərinə davam edirlər. Bazar günü də gəldilər ki, binanın üzlüyünü çıxarırıq. Dedim xa0ki, heç olmasa bu gün istirahət günüdür, imkan verin evimizdə dincələk. Neçə vaxtdır ki, kommunal xətlərimizi də kəsiblər. Bu üsulla bizi çıxarmaq istəyirlər. xa0Deyirlər ki, ev yararsızdır. Necə yararsızdır ki, bunlar iki gündür işləyirlər, bir dənə sütunu çıxara bilmirlər. Bütün bunlar göstərir ki, ev heç də yararsız deyil. Yaşamağa tam yararlı formadadır”x9d.

Mətbuatda yayılan məlumata görə, xa0kiçik ölçülü evləri olan “Sovetski”x9d sakinlərinin daha bir qismi mənzillə təmin olunub. Anspress-in yaydığı məlumatda qeyd olunub ki, Yasamal rayon İcra Hakimiyyəti Koroğlu Rəhimov küçəsində yenidənqurma və əsaslı təmir işləri aparılan binada mənzillərin bölünməsi məqsədilə püşkatma həyata keçirilib.

Məlumata görə, püşkatma “Sovetski”x9ddə xa0az sahəli mənzillərdə yaşayan 113 sakin arasında olub. İyunun 13-də (bu gün) isə həmin sakinlərə mənzillərinin açarları təqdim olunacaq.
Lakin Abbas Mirzə Şərifzadə küçəsində yaşayan sakinlər bildirdilər ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. F. Əliyev: “Həmin evlərin bizə heç bir aidiyyəti yoxdur. Bizə bununla bağlı heç nə demirlər. Bu evlər ”x9dSovetski"nin digər yerlərində yaşayan sakinlərə veriləcək. Hansı ki, onlarla daha öncədən bununla bağlı razılıq əldə olunub".

“Tarix-mədəni və təbii irsi qoruma”x9d QHT-nin ictimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova da “Yeni Müsavat”x9da “Sovetski”x9ddəki vəziyyətlə bağlı danışıb. O bildirib ki, məhəllədə söküntü işləri fasiləsiz davam etdirilir: “Məhəllədə son qalanlar onlardır ki, həmin sakinlərə ev verməli idilər. İndi də deyirlər ki, kirayəyə çıxın, onun pulunu verəcəyik. Sakinlər də bununla razılaşmırlar. Elə sakin var ki, işi məhkəmədə olduğu halda evini söküblər. Şeyx Hacı Allahşükür Paşazadəyə müraciət etmək istəyirik ki, Ramazan ayında insanlara bu cür əziyyətlər yaşadılır. Camaat oruc tutur, namaz qılır, bunlar gəlib suyu kəsirlər. Adam heç dəstəmaz almağa belə su tapmır. Tarixi abidələri də sökürlər. İnsanlarla deyərdim ki, psixoloji müharibə aparırlar. Məndə olan məlumata görə, sakinlərə bildiriblər ki, təcili evinizdən çıxın və biz sizə kirayə mənzil pulunu verəcəyik, sizin üçün bina tikilən zaman orada yerləşdirmə aparacağıq”x9d.

Bu gün sakinlərə verilən möhlət bitsə də, göründüyü kimi hələ də onlarla müvafiq qurumlar arasında razılıq əldə olunmayıb.xa0

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında”x9d qərarında etdiyi dəyişikliklə Yasamal rayonu, “Sovetski”x9ddə 23 yaşayış və qeyri-yaşayış obyektlərini “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”x9dndan çıxarıb. Bu qərara ictimai etirazların olmasına baxmayaraq, artıq Murtuza Muxtarov küçəsi 83-də yerləşən tarixi hamam və dramaturq A.M. Şərifzadənin evi sökülüb. O cümlədən M.A. Əliyev küçəsində , 1916-cı ilə aid 1, 1900-cü ilə aid 2 və 1890-cı ildə tikilən 2 yaşayış evi sökülüb. Bundan başqa xa0S. Rəhimov küçəsi 44-də yerləşən 1900-cü ildə tikilən yaşayış evi də sökülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO