Mirqədirov:

Mirqədirov: "Yerevan güc tətbiqi ilə bağlı zəmanətə nail olmadı"

Hazırda oxunan: Mirqədirov: "Yerevan güc tətbiqi ilə bağlı zəmanətə nail olmadı"

137029
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə Qarabağ üzrə danışıqlarda geri və ya irəli addım atılmadı: tərəflər öz mövqelərində qalıblar.  

Moderator.az xəbər verir ki, bu fikri “Turan”x9da verdiyi müsahibəsində siyasi icmalçı Rauf Mirqədirov bildirib.

Onun sözlərinə görə, Ermənistan görüş ərəfəsində atəşkəs rejiminin möhkəmləndirilməsinə, hadisələrin araşdırılması mexanizmlərinin tətbiq edilməsinə təkid edib və bunlar görüşün yekunlarına görə vasitəçilərin birgə bəyanatında öz əksini tapıb.  

Eyni zamanda Yerevan Azərbaycan tərəfindən gücün tətbiq edilməyəcəyinə dair zəmanətə nail olmayıb.

Sergey Lavrovun tərəflərin kompromissə hazırlığına və mərhələli tənzimlənməyə keçməyin lazım olmasına dair bəyənatına görə, vasitəçilər Azərbaycanın predmetli danışıqların başlanmasına dair mövqeyini qəbul etmələrini göstərir.

“Daha sonra Azərbaycan bu mərhələli danışıqların müvəqqəti çərçivələrinin yaradılmasına nail olmalıdır. Yəni danışıqlar müddətsiz olub və daha 22 il davam edə bilməz”x9d, - o deyib.

Mirqədirovun sözlərinə görə, keçən iyirmi il ərzində bir neçə variant ”“ mərhələli, paket tənzimlənmə, “ümumi dövlət”x9d variantı, “Madrid prinsipləri”x9d və onların bir növü olan “Kazan formulu”x9d nəzərdən keçirilib.

“Çətin ki, vasitəçilər yeni nəsə düşünsünlər, ona görə də mövcud işləmlərə diqqət yetirilməlidir, uyğun olan isə “Madrid prinsipləridir”x9d, burada Minsk qrupu tərəfindən edilən əvvəlki təkliflərin elementləri nəzərə alınıb. Bu prinsiplər Azərbaycan ərazisinin işğaldan azad edilməsini nəzərdə tutan BMT-nin TŞ-nın Dağlıq Qarabağ üzrə dörd qətnaməsini də əks etdirir.

Əgər danışıqlar prosesi yenidən dalana girsə, Azərbaycan məsələni BMT-nin TŞ-na çıxarmalıdır. BMT-nin TŞ-nın sonuncu qətnaməsində yaxın günlərdə bu məsələyə baxacağına dair müddəa yer alır”x9d, - siyasi icmalçı bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO