Türkmənistanın Təhsil naziri ADNSU-da olub

Türkmənistanın Təhsil naziri ADNSU-da olub

Hazırda oxunan: Türkmənistanın Təhsil naziri ADNSU-da olub

133994
Aprelin 27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Türkmənistanın təhsil naziri Purli Ağamuradov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Görüşdə ADNSU ilə Türkmənistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. ADNSU rektoru, professor Mustafa Babanlı Türkmənistanın təhsil nazirini səmimi qarşılayaraq, universitetə səfərindən məmnunluq hissi keçirdiyini bildirib. Rektor qonağa universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrindən, eləcə də türkmən gənclər də daxil olmaqla universitetdə təhsil alan tələbələrə yaradılan imkanlardan söz açıb. M.Babanlı universitetimizdə təhsil alan hər bir türkmən gəncinin yaxşı mütəxəssis kimi yetişdikdən sonra ADNSU-nu öz ölkəsində təmsil edə biləcək elçi kimi çıxış edəcəyini vurğulamaqla, bu mənada gənclərə yüksək təhsilin verilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Türkmənistanın təhsil naziri Purli Ağamuradov öz növbəsində ADNSU-da olmaqdan məmnunluğunu ifadə edib və bu səfərin əməkdaşlıq əlaqələrinin daha da yaxşılaşmasına təkan verəcəyini vurğulayıb. Nazir öz ölkəsindən olan müəllimlərin ADNSU-da təcrübə keçməsi üçün də əməkdaşlığın yaradılması ilə bağlı fikirlər səsləndirib, eləcə də türkmən tələbələrin dərs hazırlıqları ilə maraqlanıb. O, universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, Tarix Muzeyi, Heydər Əliyev Lektoriyası, İmtahan Mərkəzi ilə tanış olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO