Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Hazırda oxunan: Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

611983

Ukrayna milli televiziyası tərəfindən 2011-ci ildə lentə alınan “Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür” sənədli filmində Ulu Öndərin Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı misilsiz xidmətlərindən bəhs edilib. 

Filmdə Ukraynanın görkəmli ictimai-siyasi xadimlərinin Ulu Öndərlə bağlı xatirələri öz əksini tapıb.

1980-ci illərdə Ukrayna SSR baş nazirinin birinci müavini vəzifəsində çalışmış Konstantin Masik ilk dəfə məhz bu filmdə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
 

Masik bildirib ki, Çernobil qəzası zamanı SSRİ Kommunist Partiyasının Baş Katibi Mixail Qorbaçov və Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Yeqor Liqaçyov faciəni ictimaiyyətdən gizlətmək istəyib. Hətta ona məsələni gizli saxlamaq tapşırığı verilib.


Masik həmin vaxt yeganə çıxış yolu kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə zəng edir. O, Heydər Əliyevdən Kiyev və Jitomir vilayətlərindən uşaqların dərhal təxliyə olunmasını xahiş edir. Həmin dövrdə Heydər Əliyevə Qorbaçov tərəfindən güclü təzyiqlər olsa da, o böyük riskə gedərək, uşaqların təhlükəsiz bölgələrə təxliyəsi üçün 100-dən çox qatar və 30-a yaxın təyyarə göndərir. Həmin qatar və təyyarələr vasitəsilə Kiyev və Jitomir vilayətlərindən 980 min uşaq təhlükəsiz ərazilərə təxliyə olunur.

Masik bildirir ki, həmin dövrdə məhz Heydər Əliyevin köməyi ilə Ukrayna xalqının genefondu xilas edilib.

Qeyd edək ki, “Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür” sənədli filmi Ukrayna milli televiziyası tərəfindən lentə alınıb.

Filmin ssenari müəllifi Sergey SivolapMöhsüm Qədiroğlu, rejissoru Natalya Vixerko, prodüseri isə Anar Tahirovdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO