Sənədləri həkim girovluğundakı Gəncə sakini nazirdən 5 manat gözləyir

Sənədləri həkim girovluğundakı Gəncə sakini nazirdən 5 manat gözləyir

Hazırda oxunan: Sənədləri həkim girovluğundakı Gəncə sakini nazirdən 5 manat gözləyir

132221

Bugünlərdə Moderator.az-a müraciət edən Gəncə şəhər sakini Namiq Mustafayev Gəncə şəhər Kardioloji Xəstəxanası ilə bağlı şikayətini dilə gətirib. Müraciətdə deyilir:

“Bu gün Gəncə şəhər Kardioloji Xəstəxananın  baş həkimi Fəxrəddin Namazovla telefon əlaqəsi saxlayaraq pulsuz müayinə üçün xəstəxanaya müraciət etmək istədiyini bildirdim. Baş həkim bildirdi ki, xəstəxananın şöbə müdiri Nizami Nəcəfova deyərəm, müayinə olunarsan. Lakin baş həkim söylədi ki, yalnız sənin pulsuz müayinəni həyata keçirəcəyik. Yəni səninlə birlikdə ikinci, üçüncü şəxs gəlsə, onlar pulsuz müayinə olunmayacaq.

Xəstəxanada exo müayinədən keçəndən sonra N.Nəcəfov mənə bildirdi ki, 15 manat ödəməlisən. Mənsə üstümdə cəmi 10 manat pul olduğunu söylədim. Habelə qeyd etdim ki, pulsuz müayinə olunacağımla bağlı baş həkimin məlumatı və razılığı var. Bu zaman exo müayinənin nəticəsini əks etdirən sənədləri götürən N.Nəcəfov bildirdi ki, nə zaman 15 manat gətirərsən, o zaman sənədi götürərsən. Şöbə müdiri qeyd etdi ki, mənə güzəşt edə bilməz, çünki hər gün baş həkimə hesabat verir.

Qeyd etdiyim kimi, exo müayinəsindən keçsəm də, müayinənin sənədləri həkim girovluğundadır. Sənədlərimi bu girovluqdan azad etmək üçün isə məndən 15 manat pul tələb edilir. Halbuki, qanunvericiliyə görə, dövlət müəssisələrində vətəndaşların müayinəsi və müalicəsi dövlət hesabına aparılmalıdır. Lakin göründüyü kimi, Gəncə şəhər Kardioloji Xəstəxanasında bu qanunlara əhəmiyyət verən yoxdur. Odur ki, mən üzümü hörmətli səhiyyə naziri Oqtay Şirəliyevə tutub xahiş edirəm ki, ya tabeçiliyindəki bu xəstəxanada qanunların işləməsini təmin etsin, ya da mənə 5 manat pul göndərsin ki, həmin 5 manatı cibimdəki 10 manatın üstünə qoyub həkim Nizami Nəcəfovun tələb etdiyi 15 manatı verim, sənədlərimi girovluqdan azad edim. Ümid edirəm ki, hörmətli nazir üzləşdiyim problemə biganə qalmayacaq, bu problemin hansısa formada həllində mənə kömək edəcək”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO