Azərbaycandakı rus icmasının rəhbərindən sensasion açıqlama...

Azərbaycandakı rus icmasının rəhbərindən sensasion açıqlama...

Hazırda oxunan: Azərbaycandakı rus icmasının rəhbərindən sensasion açıqlama...

130475
Rusiya Krımı özünün tarixi torpağı hesab edib geri qaytarırsa, niyə biz öz xa0torpağımız sayılan və ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağı işğaldan azad etməyək?xa0

Ruslar hər zaman Azərbaycan xalqı ilə çiyin - çiyinə olub və bundan sonra da Azərbaycan xalqının yanında olacaq.xa0

Bu fikri Moderator.az -a açıqlamasında Azərbaycandakı rus icmasının lideri, millət vəkili Mixail Zabelin deyib.

Onun sözlərinə görə, hələ 1990-ci illərdən bizim mövqeyimiz ortadadır və bu mövqedə hər hansı dəyişiklik olmayıb:xa0
“Biz Azərbaycanın haqlı davasında onun yanındayıq və xa0bu gün də mövqeyimizdə dəyişiklik yoxdur. xa0Azərbaycanın rus millətindən olan vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və toxunulmazlığını dəstəkləyir. Biz Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları daxilində həllinin tərəfdarıyıq.”x9d

M.Zabelin son olaylarla bağlı ölkə başçısı İlham Əliyevin xa0çıxışına toxunaraq bildirdi ki, biz onun bəyanatını tam dəstəkləyirik və çox gözəl çıxış etdi. “O dedi ki, bu torpaqlar bizimdir və biz öz torpaqlarımızda hərbi əməliyyat həyata keçiririk. Biz Ermənistanın sərhəddini pozub, orada işğalçılıq siyəsəti həyata keçirmirik. Ona görə də mən şadam ki, ordumuz hücuma keçərək işğal altında olan torpaqlarımızı azad edir”x9d, - millət vəkili vurğulayıb.

Onun fikrincə, bu, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün yaranmış şansdır və biz bundan yararlanmalıyıq:xa0

“Əgər bu şansdan yararlanmasaq gələcəkdə beynəlxalq aləm bizə hərbi əməliyyatlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyə imkan verməyəcək. Odur ki, bu fürsətdən yararlanmaq lazımdır”x9d

M. Zabelin əlavə etdi ki, biz münaqişənin sülh yolu ilə həllinə çalışırdıq və dünyanın aparıcı gücləri, beynəlxalq aləmdə də bir arxayınlıq var idi ki, hər şey qaydasındadır, danışıqlar gedir:xa0

“Prezident İlham Əliyev düzgün vurğuladı ki, biz mənasız olaraq 20 il gözləyə bilmərik. Xalqın səbri sonsuz deyil. Əgər münaqişə sülh yolu ilə həll olunmayacaqsa, o zaman güc yolu ilə həll olunacaq. Bunu Ali Baş Komandan və ordumuz sübut etdi.”x9d

Digər ölkələrin son günlərdə baş verən olaylarla bağlı Azərbaycanın daxili işinə qarışması məsələsinə aydınlıq gətirən M. Zabelin bildirdi ki, hər hansı ölkənin bizim daxili işimizə müdaxiləsi yolverilməzdir:xa0

“Çünki biz başqa ölkənin ərazisində deyil, öz torpaqlarımızda hərbi əməliyyatlar həyata keçiririk. Necə olur ki, Rusiyanın öz ərazisində - Çeçenistanda separatizmlə mübarizə aparmaq hüququ var, bizim yox? Necə olur ki, Krımı özünün tarixi torpağı hesab edib geri qaytarırsa, niyə biz öz xa0torpağımız sayılan və ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağı işğaldan azad etməyək? Niyə Azərbaycan Rusiyanın Çeçenistanda separatizmlə mübarizə apardığı kimi, Dağlıq Qarabağdakı separatçılarla mübarizə aparmasın?!”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO