Bakı yağışdan sonra - yeşikdən yol ötürücüsü, süni göllər

Bakı yağışdan sonra - yeşikdən yol ötürücüsü, süni göllər

Hazırda oxunan: Bakı yağışdan sonra - yeşikdən yol ötürücüsü, süni göllər

129170
Məlum olduğu kimi, iki gündür ölkəyə, o cümlədən paytaxt Bakıya yağış yağır. 

Ölkənin başqa yerlərində yağış aylıq normanın filan misli qədər düşəndə təbii fəlakətə səbəb olursa, Bakıda günlük normanı aşan kimi fəlakət olur. 

Dünənki sağanaq yağışın nə kimi problemlər yaratdlığını mediadan bilirsiniz. Bugünkü çiskin yağış isə xoşbəxtlikdən problem yaratmayıb: yollarda keçilməz gölməçələr əmələ gəlməyib, əydəmli səkilərdə dağ çayına bənzər su şırnağı yoxdur. 

Aşağıda görəcəyiniz şəkillər dünıənki yağışdan sonra Bakının bugünkü halını əks etdirir. Asfalt üzərində gördüyünüz yeşiklər isə dünənki seldən adlamaq üçün nəzərdə tutulmuş körpüdür. İstəsəniz yol ötürücüsü də deyə bilərsiniz. Çünki adamlar dünən o yeşiklərin üstü ilə addımlayaraq yoldan ötürdülər. 

Bircə şeyə şükür edək ki, 11 iqlim qurşağının heç hamısı ölkəmizdə deyil. Bir-ikisindən azadıq. Bir də musson yağışlarını təmin edən iqlim qurşağı buralarda olsaydı, Banqladeşin paytaxtı Dəkkə ilə Bakının fərqi olmazdı, yəqin ki.

Hələlik Bakı belədir. Bu şəkillər şəhərin müxtəlif yerlərində çəkilib.(musavat.com)









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO