CDB Bankdan daha bir yenilik

CDB Bankdan daha bir yenilik

Hazırda oxunan: CDB Bankdan daha bir yenilik

126661
Caspian Development Bank bu gündən etibarən kredit əməliyyatlarına elektron arayışları daxil edərək, vətəndaşlara daha rahat xidmət təqdim edir.

Bu yenilik CDB Bankın “Elektron hökumət”x9d portalı ilə əməkdaşlığı sayəsində həyata keçirilir. CDB Bank və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında imzalanan müqaviləyə əsasən artıq vətəndaşlar banka gəlmədən, vaxtlarına qənaət etməklə onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı CDB Banka ünvanlamaq imkanına sahibdir. Bunun üçün müştərilər www.e-gov.az "Elektron hökumət" portalına daxil olur, "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Portala elektron imza kartı, ASAN imza və ya istifadəçi adı/şifrədən istifadə etməklə daxil olmaq lazımdır. İstifadəçi adı/şifrəni almaq üçün vətəndaşlar portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, bu xidmət CDB Bank müştəriləri üçün kredit əməliyyatlarını daha sadə və qısa zaman ərzində həyata keçirmək imkanı yaradır. Daha ətraflı məlumatı 1545 qısa nömrəsinə zəng vurmaqla və www.cdbbank.az saytından əldə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO