“Elman Rüstəmovun ”x9dbank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb “xa0fikirləri çox cəfəng tərzdə deyilən sözlərdir. xa0Azərbaycanda bu illər ərzində heç bir bank nə konsolidasiya olub, nə də ki, birləşdirilib“.
Bu sözlərixa0xa0açıqlamasında maliyyə sahəsi üzrə ekspert,xa0IJS Hüquq Firmasinin direktoru,xa0vəkil Əkrəm Həsənov söyləyib.
Ekspert Mərkəzi Bankın sədrinin bankların konsolidasiyası haqında dediyi fikirlərə münasibət bildirərək deyib ki, Azərbaycanda hələ bu prosesə başlanmayıb:
“Bir müddət əvvəl yalnız bir ”“iki bank birləşəcəyini demişdi. Sonradan isə onlıar da öz fikirlərindən daşındılar.xa0 “Oğlan evi qız evinə nişanı apardı, şirin çay verildi”x9d. Sonradan isə dedilər ki, xeyr, biz birləşmirik, “qızımızı ərə vermirik”x9d. xa0Bu gün nəinki Azərbaycanda heç bir bank birləşməyib, hətta heç bu konsalidasiya prosesinin mərhələli şəkildə addımları belə, atılmayıb. Öncə banklar niyyət protokllarını imzaladılar. Amma bu, birləşmə üçün heç bir hüquqi və qanuni əhəmiyyət daşımır.
Birləşmə prosesinin başlanması üçün rəsmi şəkildə həmin bankların səhmdarlarının ümumi yığıncağı toplanmalıdır. Hər ikisinin , yaxud birləşmək istəyən neçə bankdırsa, hamısının səhm sahibləri bir araya gəlməlidirlər. Həmin yığıncaqda qərar verilməlidir ki, biz filan bankla birləşirik. Sonradan isə bu qərar rəsmi şəkildə mətbuatda elan formasında dərc edilməldir. Bu, hələ birləşmənin hüquqi baxımdan başlanamsıdır, bitməsi deyil. Amma bu gün bizdə dediyim mərhələnin heç biri həyata keçirilməyib.
Səhmdarların özlərinin ümumi yığıncağını keçirmək üçün də qəzetdə yığıncaqdan 45 gün qabaq elan vermək lazımdır. Həmin elanda yazılmalıdır ki, filan tarixdə bu bankın səhmdarları filan məsələ üçün toplaşacaq və bu məsələlərə baxılacaq. Bizdə isə heç bu da yoxdur. Azərbaycanda bankların birləşməsinə başlamağa hələ heç bir cəhd belə, olunmayıb.
Bəzi banklar konsolidasiya adı ilə lğv edildi və lisenziyaları əllərindən alındı”x9d.

Əkrəm Həsənov həmçinin Mərkəzi Bankın sədri Elman Rüstəmovun “Azərbaycanda növbəti devalvasiya olmayacaq”x9d açıqlamasına da münasibət bildirib:
“Elman Rüstəmov “Azərbaycanda növbəti devalvasiya olmayacaq “ sözünü Xocalı abidəsini ziyarət edərkən deyibsə, mən ümid edirəm ki, bu fikirləri o, vicdanlı şəkildə söyləyib. Yəni həmin sözləri deyərkən Allahdan qorxub.
Amma Elman Rüstəmov devalvasiya ilə bağlı iki dəfə Azərbaycan xalqına söz verib və bu sözlərini tutmayıb. Ən azı onun sözünə mənim etibarım yoxdur.
xa0Bu gün daha çox etibarlı adam çıxıb bu sözləri desə, mən buna hardasa inanardım.xa0 Mən demirəm ki, devalvasiya olacaq ya olmayacaq. Çünki bu sözü dəqiq demək üçün ən azı Mərkəzi Bankın statistikalarını dəqiq bilməliyik. Biz isə bu gün Mərkəzi Bank bu statistikaları dəqiq açmadığı üçün onu bilmirik. Buna görə də Elman Rüstəmovun bu kimi sözlərinə şəxsən mən və yəqin ki, Azərbaycan xalqı da etibar etmir “.(Modern. az)


































































































