İbrahim Rüstəmov: “Türkiyə ilə gərgin münasibətlər fonunda Rusiya daha aqressiv mövqe sərgiləyir və öz nüfuzunu göstərmək üçün ən xırda məqamlardan belə bəhrələnir”x9d.
Ötən həftə Rusiya Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalayıb. Sazişə əsasən “Smerç”x9d reaktiv yaylım atəşi sistemləri və onun sursatları, “İgla-S”x9d zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”x9d, “TOS-1A”x9d ağır odatanları, “9M113M”x9d idarəolunan raketləri, “RPG-26" qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr”x9d zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri Ermənistana veriləcək. Bu silahların Ermənistan tərəfinə verilməsi təbii olaraq, işğalçı ölkənin hərbi qüdrətini artırır. İmzalanmış sazişi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində balans siyasətindən imtinan etməsi kimi anlaşıla bilərmi və bu silahların Ermənistana verilməsində gərgin Türkiyə-Rusiya münasibətləri rol oynayırmı?

Fazil Mustafa
Fazil Mustafa: “Rusiyanın xa0Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalaması yanlış addımdır”x9d
Rusiyanın Ermənistanı silahla təmin etməsinin yanlış addım olduğunu bildirən deputat Fazil Mustafaya görə, xa0Rusiya bu addımı ilə Ermənistanı bütünlüklə dəstəklədiyini isbat edir:
“Rusiya Ermənistandan iki hədəf güdür. Birincisi, bu silahların gələcəkdə Azərbaycan və Türkiyəyə qarşı istifadə olunmasıdır. Rusiyanın xa0Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalaması yanlış addımdır. Ən azından Rusiyanın xa0Azərbaycanla normal münasibətləri var və bitərəfli qaydada Ermənistanı dəstəkləməsi öz maraqlarına da uyğun deyil. Rusiyanın bu addımı tək Türkiyəyə deyil, hamımıza yönəlmiş bir addımdır. Bu xüsusən də Azərbaycanın strateji maraqlarına ziddir. Rusiya bu sazişlə Ermənistanı dəstəklədiyini açıq şəkildə biruzə verir”x9d.

İbrahim Rüstəmli
İbrahim Rüstəmov: “Rusiya öz aqressiv siyasətinin koordinatlarını indi daha konkret şəkildə bəyan edir”x9d.
Türkiyə ilə gərginlik fonunda Rusiyanın daha da aqressiv mövqe nümayiş etdirdiyini vurğulayan hərbi ekspertin fikrincə, Rusiya həmişə qeyri-balans siyasət yürüdüb:
“Rusiyanın İran kimi zaman-zaman Ermənistanın yanında olması sirr deyil. Bir müddət bundan öncə işğalçı dövlətə təmənnasız verilən bir milyon dollarlıq xa0silah olayı hamımızın yaxşı yadındadır. Rusiya bu gün də o siyasəti uğurla davam etdirir. Lakin davamiyyət indi daha açıq kontekstdə, daha aydın müstəvidə cərəyan edir . Türkiyə ilə Rusiya arasında yaranan gərginlik Şimal qonşumuzun əl-ayağını və dilini xeyli açıb. Rusiya öz aqressiv siyasətinin koordinatlarını indi daha konkret şəkildə bəyan edir və düşmənçilik siyasətində aparıcı mövqeyini gizlətmir.xa0
Yeri gəlmişkən, mən 1992-ci ilin əvvəllərindən bu proseslərin içindəyəm. Bilirəm ki, baş verənlərin arxasında Rusiyanın barmağı, həlledici “əməyi”x9d xa0var. Buna baxmayaraq, Azərbaycan ordusu ilə Ermənistan silahlı dəstələri arasında müqayisə aparmaq uğursuzdur. Çünki Azərbaycan Silahlı Qüvvələri öz sözünü deməyi bacaran və yüksək döyüş hazırlığına malik bir silahlı qurumdur. Ancaq fakt budur ki, Ermənistan Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal edib. Bütün bunların arxasında Rusiyanın müəyyənedici dəstəyi dayanır. Yəni, o heç vaxt balans siyasəti yürütməyib. Bu gün isə Türkiyə ilə gərgin münasibətlər fonunda Rusiya daha aqressiv mövqe sərgiləyir və öz nüfuzunu göstərmək üçün ən xırda məqamlardan belə bəhrələnir”x9d.(pia.az)











































































































