Nazir Sumqayıtda vətəndaşları qəbul edib  -Foto

Nazir Sumqayıtda vətəndaşları qəbul edib -Foto

Hazırda oxunan: Nazir Sumqayıtda vətəndaşları qəbul edib -Foto
122370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Mədəniyyət vəTurizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıt Şəhərinin Tarix Muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından vətəndaşları qəbul edib.xa0
Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.xa0

Moderator.az xəbər verir ki, Əbülfəs Qarayev daha sonra Sumqayıt Şəhərinin Tarixi Muzeyində "Türbət”x9d mədəniyyət mərkəzi tərəfindən təşkil olunan ekspozisiya ilə tanış olub.xa0
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.xa0
Sumqayıt şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən "Multikulturalizm ili" çərçivəsində şəhərdə ölkəmizin azsaylı xalqlarının incəsənət festivalının keçirilməsi, mədəniyyət müəssisləri işçiləri, tətbiqi sənət ustaları və özfəaliyyət kollektivlərinin respublika səviyyəli festivallarda, treninqlərdə iştirakının təmin olunması, "Kimyaçılar" mədəniyyət sarayının şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilməsi, habelə fəxri adlara təqdimat, işlə təmin olunma barədə xahişlər edilib.xa0
Bundan əlavə, kitaba marağın və mütaliənin təşviqi məqsədilə ölkəmizdə ilk buktreyler (kitabların video-çarx və filmlər vasitəsilə təbliği) festivalının keçirilməsi barədə təklif də səslənib.xa0
Həmçinin şəhərdəki uşaq incəsənət məktəbində eksperimental siniflərin açılması, 1988-ci il hadisələrinə dair dövrü mətbuat məqalələri əsasında Sumqayıt MKS-nin əməkdaşlarının hazırladıqları elektron toplunun çap olunması barədə müraciətlər olub.xa0
Abşeron rayonu sakinləri zəngin tarixə malik Abşeron xalçalarının təbliğinə, Qobu qəsəbəsində xalça sexinin fəaliyyətinə yardım edilməsi, Novxanı kəndindəki XII əsrə aid "Şah Sultan Hüseyn" məscidinin bərpası vəətrafında arxeoloji qazıntının aparılmasına köməklik göstərilməsi barədə müraciətlər ediblər.xa0
Xızı rayonundan qəbula gələnlərin xahişi rayonda ümumrespublika "Oxu, tar" müsabiqəsinin keçirilməsi, turizmin inkişafına dəstək verilməsi barədə olub. Şuşa, Zəngilan və Qubadlı rayonundan qəbula yazılan vətəndaşlar da müxtəlif məsələlərlə bağlı nazirə müraciət ediblər.xa0
Vaxtilə Şuşa şəhərində olmuş Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında bukletlərin hazırlanmasına, Şuşa MKS-nin fəaliyyətinin yaxşılaşdırılmasına, mədəniyyət müəssisələri rəhbərləri üçün marketinq üzrə seminarların keçirilməsinə köməklik göstərilməsi, Qubadlı rayon MKS-nin uşaq şöbəsinin fəaliyyətinin bərpa olunması xahiş edilib.xa0
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.xa0
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığına əsasən yerlərdə təşkil olunan bu görüşlər bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Eyni zamanda bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür: "Bu gün də bir sıra maraqlı təkliflər oldu. Xızı rayonunda "Oxu, tar”x9d müsabiqəsinin keçirilməsi, milli musiqimizlə klassik musiqilərin qarşılıqlı inkişafı üçün eksperimental siniflərin yaradılması, kitaba marağın təbliğ olunması ilə bağlı buktreyler festivalının keçirilməsi kimi təklifləri qeyd edə bilərəm".xa0
Görüşdə bir sıra aktual məsələlərin qaldırıldığını deyən nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə yeni ekspozisiyaların yaradılması, eləcə də regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.xa0
Qəbuldan sonra Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırıb, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatına baş cəkib, orada aparılan təmir işlərilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO