Bakıda FACİƏ – Yük avtomobili 5 yaşlı oğlanı VURDU - ÖZƏL - FOTO

Bakıda FACİƏ – Yük avtomobili 5 yaşlı oğlanı VURDU - ÖZƏL - FOTO

Hazırda oxunan: Bakıda FACİƏ – Yük avtomobili 5 yaşlı oğlanı VURDU - ÖZƏL - FOTO
121912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xəzər rayonunda yük avtomobili azyaşlını vurub.

Hadisə az öncə Türkan qəsəbəsi Ağaxan Abdullayev adına mərkəzi küçədə, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin qarşısında baş verib. 

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakinləri məlumat verib. Bildirdiklərinə görə məktəbəqədər hazırlıq sinfində təhsil alan 5 yaşlı Cahid İlkin oğlu Rzabalazadə məktəbin qarşısındakı piyada keçidini keçərkən şirkətə məxsus yük avtomobili azyaşlını vurub.

Ciddi xəsarətlər alan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu - red.) reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. 

Verilən məlumata görə, yük avtomobili məktəbin divarına çırpılıb. Tədris ocağının divarının dağıldığı deyilir. 
 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO