Daha bir hərbçimiz şəhid oldu- FOTO

Daha bir hərbçimiz şəhid oldu- FOTO

Hazırda oxunan: Daha bir hərbçimiz şəhid oldu- FOTO

121177
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindənxa0verilən məlumata görə , Fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.



Şəhid olan Elmir Zeynalov


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

ANS PRESS-in məlumatına görə , 22 yaşlı şəhid bu gün Goranboy rayonu Əhmədabad kəndində dəfn olunacaq. O, Azərbaycan silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçirmiş.xa0

Elmir Zeynalov ailənin yeganə oğlu olub. Ailəli olmayıb.Onun əmisi isə 1992-ci ildə şəhid olub.xa0



Şəhidin yas mərasimi


Fevralın 10-da isə düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 129 dəfə atəş zərbəsi endirib.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO