Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımının bu ölkədə polis müfəttişinə rüşvət təklif etməsi ətrafında yaranmış qalmaqal böyüyüb.
Onun xanımı sürücülük vəsiqəsi almaq üçün pros edurlardan özü keçib və polisə “yeni il hədiyyəsi kimi”x9d 50 avro təklif edib. Polis isə bunu rüşvət təklifi kimi qəbul edərək Antikorropsiya bürosuna məlumat verib. Səfir habelə deyib ki, Bakıya qayıdandan sonra onun xanımı barəsində bu məlumatları yayanlarla şəxsən haqq-hesab çürüdəcək.
E.Zeynalovun barəsində yeni məlumatlar əldə edilib. Məlum olub ki, o, xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostları çevrəsinə daxildir. Səfir postuna da məhz nazir tərəfindən irəli sürülüb.

O da məlum olub ki, E.Zeynalovun adı bundan əvvəl də korrupsiya qalmaqallarında çəkilib. Məsələn, onun Riqadakı çeçen biznesmen, “AB Holding”x9din sahibi Bislan Abdulmüslimovla dostluğu diplomatik dairələrdə çoxdan məşhurdur. Bu dostluq o dərəcədə irəli gedib ki, B.Abdulmüslimov E.Zeynalova təzə “Range Rover”x9d də hədiyyə edib.
Ancaq diplomat da borclu qalmayıb. Onun sayəsində çeçen əsilli biznesmen Azərbaycan bazarında möhkəmlənə bilib. Məsələn, Bakı marketlərində ən çox satılan smetanlardan olan “Romaşka”x9dnın Abdulmüslimova məxsus
“Dаugavpils gaļas kombinÄx81ts”x9dda istehsal olunduğu məlumdur. Məlumatlara görə səfir-biznesmen tandemi Bakıya Latviya istehsalı olan kolbasaların da ixracı ilə məşğul olur.

Abdulmüslimovun adı isə tez-tez müxtəlif qalmaqallarda, o cümlədən neft məhsullarının alverində çəkilir. Abdulmüslimov 1967-ci ildə Çeçenistanda anadan olub, Qroznıda neft institutunu bitirib. 25 yaşında “İçkeriya-çeçen respublikası”x9dnın prezidenti Cövhər Dudayevin müşaviri olub. 28 yaşında isə artıq xa0Aslan Məshədova müşavirlik edib. 90-cı illərin ortalarından Latviyada yaşayır. 2005-ci ildən Latviya vətəndaşıdır.(Haqqın.az)
































































































