Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili iclasda əfvin zəruriliyindən də danışıb: “Onsuz da hazırda xaricdən qrant almaq kifayət qədər məhdudlaşdırılıb. Adam həbsdə oturanda bir füqurdur, sənədlərlə adları hallanır. Ancaq azad olunur, qısa müddətdə unudulur. Qarşıdan 31 dekabr, yeni il gəlir. Məncə, əfv siyahısını genişləndirmək olar. Həbsdə olanların böyük əksəriyyəti xüsusi istedada sahibi deyil ki, ölkəyə xüsusi təhlükə yaratsınlar”x9d.
Deputat dedi ki, MTN-nin ləğvi və əvəzinə iki yeni qurumun yaradılması çox doğru seçim idi: “Gələcəkdə müəyyən hadisələrin qarşısını almaq üçün bu qurumların üzərində mütləq parlament nəzarəti mexanizmi olmalıdır”x9d.
F.Mustafa digər vacib məsələdən də danışıb: “Bizdə apteklərdə, marketlərdə müxtəlif cür qida əlavələri satılır, bunlar da xaricdən idxal olunur. Bunu sahibkarlarımız da istehsal edə bilər”x9d.




































































































