
- A-
- A
- A+
Общество
20:00 / 16.12.2015
1 dəq oxunma
Xəzəryanı ölkələrdən icazə alınıb - Neftçilərin axtarışı üçün
Hazırda oxunan: Xəzəryanı ölkələrdən icazə alınıb - Neftçilərin axtarışı üçün
111745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar "Günəşli" yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir".
Moderator.az xəbər verir ki,xa0bunu apa-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov deyib.
E. Nəzərov bildirib ki, Aviasiya Dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün havanın işıqlı vaxtında 4 vertolyot və bir təyyarə itkin düşmüş neftçiləri axtarır.
"Axtarış geniş miqyasda davam etdirilir. Xəzəryanı ölkələrdən də axtarış üçün müvafiq icazə alınıb . Azərbaycan sərhədlərindən kənarda - Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır", - deyə mayor qeyd edib.
Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”x9d Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































