
- A-
- A
- A+
Общество
16:53 / 16.12.2015
1 dəq oxunma
Mikayıl Cabbarovdan rektorlara imtahan tapşırığı...
Hazırda oxunan: Mikayıl Cabbarovdan rektorlara imtahan tapşırığı...
111706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı rektorlara tapşırıq verib.
Moderator.az Təhsil Nazirliyinə istinadən bildirir ki, M.Cabbarov ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr verib.
Əmrə əsasən, rektorlar imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
Əmrdə bildirilib ki, rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.
Nazirliyin müvafiq şöbələri ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































