Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müəllim heyəti Binə qəsəbəsində laçınlı məcburi köçkün ailələrinin təhsil aldığı məktəbi ziyarət edib.
Qonaqlar müəllim və şagirdlərlə görüşərək onların qayğı və problemləri, ehtiyacları ilə maraqlanıblar. Həmçinin ziyarət zamanı sinif otaqlarında olaraq dərs şəraiti ilə yaxından tanış olublar. Liseyin müdiri Ali Devrim liseyin adından məcburi köçkün məktəbinə bir sıra texniki vasitələr - kompyüter, sürətçıxarma aparatı və digər məktəb ləvazimatları hədiyyə edib.
Xoş və yaddaqalan görüşün sonunda Liseyin rəhbərliyi məcburi köçkün məktəbini dekbarın 30-da Bakı Atatürk Liseyinin təşkil edəcəyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirinə dəvət edib.
Rumiyyə









































































































