
- A-
- A
- A+
Общество
15:01 / 07.12.2015
5 dəq oxunma
Bu qurumlar dövlətin pulunu dağıdıb...
Hazırda oxunan: Bu qurumlar dövlətin pulunu dağıdıb...
110253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə edilib.
Moderator.az bildirir ki, Hesablama Palatasından “Trend”x9də verilən məlumata görə, kollegiya iclasında auditin nəticələri üzrə yoxlama qrupunun rəhbəri N.Tağıyevin məruzəsi dinlənilib. Sonra auditor C.Həsənov audit sübutları ilə müəyyən edilmiş nöqsanlar barədə məlumat verib, ümumiləşdirilmiş nəticələri və auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb.
Auditor C.Həsənov Milli Arxiv İdarəsi (MAİ) tərəfindən tərtib olunan büdcə təkliflərində təsiredici faktorların nəzərə alınmaması səbəbindən auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 14,4 %-nin istifadə olunmayaraq büdcəyə qaytarıldığını, bir sıra hallarda vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini bildirib.
Eyni zamanda, işçilərin mükafatlandırılması, maddi yardımların və məzuniyyətlə bağlı vəsaitlərin ödənilməsi zamanı bir sıra nöqsanların müəyyən edildiyini, malların (işlərin və xidmətlərin) satın alınması zamanı zərurət olmadan satınalma metodunun dəyişdirilməsi hallarının aşkar olunduğunu, büdcə vəsaiti hesabına zəruri olmayan və tələbatdan artıq mal-materiallar alınmaqla səmərəsiz xərcə yol verildiyini diqqətə çatdırıb.
Auditor nəzarət obyekti tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlər göstərilmədən avans şəkilində ödəniş edilərək debitor borcun yaranmasına yol verildiyini, bir neçə halda isə bağlanmış satınalma müqavilələrinin tələblərinə tam əməl edilməyərək işlərin vaxtında icra edilməməsinə görə nəzərdə tutulmuş cərimələrin tətbiq olunmadığını, alınmış proqram təminatının istifadə olunmadığını bildirib.
Auditor MAİ-nin maliyyə vəziyyəti haqqında hesabatlarında qeyri-maddi aktivlərin düzgün əks etdirilmədiyini, həmin hesabatlarda qeyri-birja əməliyyatından gəlirlərin və amortizasiya məbləğinin az göstərildiyini, həmçinin, vergi və məcburi ödənişlər üzrə öhdəliklər və gəlirlər barədə hesabat, eləcə də əvvəlki dövr üzrə məlumatların açıqlanmadığını qeyd edib.
Daha sonra auditor əldə edilmiş nəticələr əsasında auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq Milli Arxiv İdarəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərdən istifadə üzrə şəffaflığın daha da artırılması və satınalmaların rəqabətə əsaslanmasını təmin edən metodlara üstünlük verilməsi, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə material qiymətlilərinin illik tələbata uyğun həcmdə tədarük edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, alınmayan malların və xidmətlərin maliyyə hesabatlarında ehtiyatların qalığı və faktiki xərc kimi göstərilməsi hallarına yol verilməməsi məqsədilə nəzarətin gücləndirilməsi zərurətini qeyd edib.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.
Dövlət Statistika Komitəsinə (DSK) dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri də açıqlanıb. Bu barədə “Trend”x9də Hesablama Palatasından məlumat verilib.
Nəzarət tədbiri üzrə həyata keçirilmiş tədbirlər, həmçinin, əldə edilmiş audit sübutları və nəticələrlə bağlı yoxlama qrupunun rəhbəri Q.Hümbətovun məlumatı dinlənilib, Kollegiya üzvlərinin sualları cavablandırılıb.
Audit tədbirinin nəticələrini və tövsiyələri əks etdirən hesabat, həmçinin, rəy üzrə auditor C.Həsənov məruzə edərək nəzarət obyekti ilə bağlı əsas göstəricilər və müəyyən olunmuş nöqsanlarla bağlı məlumatları diqqətə çatdırıb.
Auditor Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) bundan əvvəl həyata keçirdiyi nəzarət tədbirləri zamanı müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırılmasının tam təmin edilmədiyini, bəzi nöqsanların hələ də təkrarlandığını bildirib.
Nöqsanları qruplaşdıraraq auditor əməyin ödənilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, o cümlədən, dövlət qulluqçusu olmayan müvəqqəti işçilərə dövlət qulluğunda qulluq stajına görə əmək haqqına əlavə ödənilməsi, Baş Hesablama Mərkəzində işlədikləri dövrün dövlət qulluğunda staj kimi nəzərə alınması kimi nöqsanlara yol verildiyini, həmçinin, bir sıra işlərin və xidmətlərin yerinə yetirilməsi zamanı müqavilə şərtlərinə əməl edilməsinə nəzarət olunmaması səbəbindən podratçı təşkilatlara əlavə vəsaitin ödənildiyini, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verildiyini diqqətə çatdırıb.
Eyni zamanda, əksər hallarda, lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim olunduğu, statistik hesabatların yeni onlayn texnologiyaların tətbiqi ilə toplanaraq işlənildiyinə, eləcə də Baş Hesablama Mərkəzi tərəfindən Komitənin bütün struktur vahidləri arasında məlumat mübadiləsinin təmin edilməsinə imkan verən sənəd dövriyyəsi, idxal-ixrac məlumatlarının və rəsmi statistika hesabatlarının onlayn işlənməsi sistemlərinin, həmçinin, sair müxtəlif sayda proqram təminatı sistemlərinin istismara verilməsinə baxmayaraq, əvvəlki illərdə olduğu kimi, çoxlu sayda statistik blanklar, məcmuələr, kənd təsərrüfatının siyahıyaalınması materialları və sair çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradıldığı bildirilib.
Auditor mühasibat uçotunun təşkili və aparılması ilə bağlı normativ-hüquqi aktların tələblərinə bir sıra hallarda əməl olunmadığını qeyd etmiş, həmçinin, DSK tərəfindən maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların bəzi balans hesablarının məbləğinin təhrif olunmasına şərait yaratdığını nəzərə çatdırıb.
Sonda auditor nəzarət tədbiri üzrə rəydə əks olunmuş nəticə və təklifləri də diqqətə çatdıraraq dövlət büdcəsindən ayrılan vəsaitlərdən istifadənin prioritetlərinin düzgün müəyyənləşdirilməsi, dövlət əmlakından və dövlət maliyyə resurslarından qənaətlə istifadə etməklə nəticəliliyin təmin edilməsi, vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və şəffaflığın daha da artırılması, habelə onlayn internet texnologiyalarının tətbiqini genişləndirməklə zərurət olmadan böyük həcmdə materialların çapı üzrə səmərəsiz xərclərə yol verilməməsi, Komitənin tabeliyində fəaliyyət göstərən qurumlarda əməyin təşkilinin təkmilləşdirilməsi istiqamətində struktur dəyişikliklərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib, Komitə tərəfindən nöqsanların aradan qaldırılması ilə bağlı həyata keçirilmiş tədbirlər nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































