Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi  - FOTOLAR

Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi - FOTOLAR

Hazırda oxunan: Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi - FOTOLAR
109778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Jurnalist, publisist, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmlinin 60 illik yubileyi və “Ömür bitər, yol bitməz”¦”x9d, “ Oyuncaq”x9d kitablarının təqdimatı ilə bağlı tədbir keçirilib.
xa0
Moderator.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov yubiliyarı təbrik edib, onun kitablarından birinin bədii düşüncələrindən doğan, digərinin isə publisistik məqalələrdən ibarət olduğunu deyib:
xa0
“Zemfira xanımı jurnalist kimi tanımışam, o, hər zaman seçilən jurnalistlərdən olub. Ali məktəbi bitirəndən o dövrün qabaqcıl mətbuat orqanlarında çalışıb. Biz həmin dövrdən onun yazılarını böyük maraqla oxuyuruq. 1991-ci ildən o, Qarabağa yollandı, müxtəlif qəzetlərdə onun cəbhə bölgəsindən hazırlanan yazıları dərc olunurdu. O illərlə bağlı materialları bir neçə kitabda toplanıb. Mətbuat Şurası olaraq onun bu illərdəki fəaliyyətini nəzərə alıb Zemfira xanımı diplomla təltif etmək qərarı vermişik”x9d.
xa0
Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov Zemfira xanımın dövrünün ən qabaqcıl jurnalistlərinin məktəbini keçdiyini və onun bütün yaradıcılığında bu məktəblərin izinin hiss olunduğunu deyib: “Belə fikirlər var ki, hər kəs yazıçı ola bilər, ancaq jurnalistlər yox. Amma bu fikirlə razılaşmıram. Zemfira xanım da bu iki peşəni bacara bilən şəxslərdəndir”x9d.
xa0
“Şərq”x9d qəzetinin baş redaktoru Akif Aşırlı Zemfira xanımın yalnız publisist kimi deyil, həm də hazırki vəzifəsində də hər zaman öndə olduğunu deyib: “Mətbuat xidmətinin rəhbəri olaraq da informasiyaların daha çevik ötürülməsində seçilir. Bu, onun jurnalistikaya peşəkar yanaşmasından asılıdır. O, yazılarındakı dil, üslub, xüsusi enerji ilə digər yazarlardan fərqlənir. Onun yazılarını fərqləndirən digər məqam faktlarla zəngin olmasıdır. Azərbaycan jurnalistika tarixi ilə bağlı ikinci nəşr kitabı yazanda onun məqalələrindən bəhrələnmişəm”x9d.
xa0
Digər çıxış edənlər də Zemfira Məhərrəmlinin jurnalist kimi fəaliyyətindən danışıb, onun Qarabağ qadınları, döyüşçüləri haqqında yazdığı məqalələrin 20 ildən çoxdur aktuallığını qoruduğunu, bundan sonra neçə-neçə 20 illiklər boyu da qoruyacağını deyiblər.
xa0
Sonda çıxış edən Zemfira Məhərrəmli tədbirdə iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.
Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10215.jpg">Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10216.jpg">Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10217.jpg">Zemfira Məhərrəmlinin 60 illik yubileyi qeyd edildi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10218.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO