Hər il kişilərin təbii nəsilartırma toxumlarının - spermalarının keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir. Buna əsas səbəbxa0 ekoloji çirkli mühit və zərərli yemək və içkilərdir.xa0
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,xa0 ABŞ-dakı Sidney Kimmel Tibb kollecinin alimlərixa0 “IVIRMA” Fertillik(nəsilvermə) klinikasından olan həmkarları ilə birlikdə belə bir nəticəyə gəliblər.

Tədqiqat müəllifləri sonsuzluqla üzləşmiş 120 mindən çox kişinin sağlamlığını təhlil ediblər. Belə bir yekdil nəticəyə gəlinib ki, çağdaş həyat tərzi kişilərin nəsilartırma qabiliyyətini tamamilə məhv edə bilər.xa0 Güclü cinsdə “üzgüçülər” adlanan hərəkətli spermaların sayı hər il 1,8% azalır. Bu nəticə də ABŞ şəhərlərinin 85% -nin monitorinqini aparmış tədqiqatçılar tərəfindən əldə edilib.
Zərərli, süni kimyəvi qatqılı, qeyri-təbii,xa0 ayaqüstü, fastfud qidaların qəbulu və ətraf mühitin çirklənməsixa0 sperma keyfiyyətininxa0 pisləşməsinə səbəb olur. Alimlərin fikrincə, ümumiyyətlə bəşəriyyətin gələcək həyatını təhdid edən bir çox amillər var. Belə getsə, tezliklə qadın yumurtalarını nəinki öz halal əri tərəfindən təbii yolla, süni yolla da mayalamaq üçünxa0 heç bir sağlam sperma tapılmayacaq...xa0
P.S. İslama, müsəlman həyat tərzinə, halal-haram, günah-savab anlayışlarına ağız büzənlər bir daha zəhmət çəkib Quranla, Peyğəmbərimizin(s) sünnəsi, hədisləri ilə tanış olsunlar və sonra da ətrafdakı “müasir” dediyimiz həyat tərzimizi, kişiliyin, qadınlığın, təbii insanlığın göz önündə baş verən həm ruhi-mənəvi, həm də fizioli tənəzzülüni diqqətlə seyr etsinlər. Əgər düzgün təfəkkür etsələr, belə bir nəticəyə gələcəklər ki, istər kişilərdə, istərsə də qadınlarda sonsuzluğun meydana çıxmasına əsas səbəb də məhz halala-harama riayət etməmək, günahdan çəkinmədən zinakarlıq, fahişəlik etməkdədir...
P.P.S. Müasir super dünya güclərinin də əsas məqsədlərindən biri bəşəriyyəti kişi-qadın olması, hansı dinə, millətə mənsubluğu bilinməyən amorf, yalnız qarnını doyurmağa çalışan kölə bir kütləyə çevirməkdir. Bu prosees artıq on illərdir ki, Azərbaycanda da gedir. Gəlin ayılaq və özümüzə, oğul-qızlarımıza hər addımımızın, ağzımıza qoyduğumuz qidanın, içdiyimiz mayenin və s. halallığına diqqət etməyi aşılayaq.... Əks halda gələcəyimiz bütün mənalarda kütləvi fəlakətə doğru gedir...
Sultan Laçın

































































































