Moderator.az yadplanetilət haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə paralel dünyalardan olan varlıqların Yer səthində ən çox baş çəkdikləri altı məkanı təqdim edəcəyik:
1.Rosvel məntəqəsi ”“ ABŞxa0

UFO-ların ən çox baş çəkdiyi yerlərdən danışırıqsa o zaman siyahının ilk pilləsində mütləq ABŞ-ın Nevada ştatında yerləşən Rovsel məntəqəsinin adını çəkməliyik. Təsadüfi deyil ki, hələ də sirlərlə dolu olan, ətrafına kimsə buraxılmayan gizli “51-ci zona”x9d məhz həmin ərazidədir. Bu məntəqə birbaşa kosmik varlıqlarla əlaqə yaratmaq üçün hazırlanıb.xa0
2.Yenikənd-Türkiyə

Qardaş Türkiyə ərazisində təbii gözəlliyinə baxmayaraq ən az ziyarət edilən guşələrdən olan Yenikənd qəsəbəsi Antalya bölgəsində yerləşir. Bu əsrarəngiz ərazinin ziyarət edilməməsinin bir səbəbi orada 2008-ci ildə UFO gəmisinin müşahidə edilməsidir. Kosmik gəmilər bir neçə dəfə həmin ərazidə görünmüş və müəyyən qədər təşvişə səbəb olmuşdur. O zamandan bu yana Yenikənd qəsəbəsi xüsusi kameralar vasitəsilə nəzarətdə saxlanılır. Mütəxəssislər yeni gəmilərin görünütülərini əldə etmək niyyətindədirlər.
3.Saq limanı-Kanada xa0

Sag Limanı uçan nəhəng kosmik gəminin xa01967-ci ildə xa0sulara qərq olunduğu yerdir. Uçan cismin ABŞ və Sovet sualtı gəmiləri tərəfindən təqib edildiyi də söylənilirdi. Həmin ərazidə suya batan kosmik gəmi sonradan çıxarılmadı. Lakin mütəxəssislər bu gün də yadplanetlilərin həmin limana gələrək öz “həmyerlilər”x9dini aparacaqlarını gözləyirlər.xa0
4.Rayner dağı-ABŞ

“Uçan boşqab”x9d anlayışı bu dağda meydana gəlib. İlk dəfə olaraq UFO-lular boşqabşəkilli gəmilərlə üç dəfə - 1947, 1951 və 1957-ci illərdə Rayner dağına baş çəkiblər. Onların bu əraziyə sonradan da gəldiyini deyənlər az deyil. Qeyd edək ki, fəzalılar 1947-ci ildə bura yürüş edən zaman qəzaya uğramışdılar və onlardan bir neçə sağ ələ keçirilmişdi.
5.San Klemenete-Çili

Çilinin bu şəhəri fəzalılar üçün xüsusi yol çəkən və onların Yerə enməsini asanlaşdıran yeganə şəhərdir. Çili hökuməti bu üsulla San Klementeyə turist axınını da yarada bildi. Dağətəyi ərazidəki xüsusi yol məhz fəzalıların ixtiyarına verilib. Amma fəzalılar bundan istifadə edirlərmi? Bəlkə də, hə...
6.Bonnibridc- Şotlandiya

Şotlandiyanın bir neçə şəhəri UFO-luları araşdıran mütəxəssislər üçün xa0əsl tədqiqat mərkəzidir. Böyük Britaniyanın Kardifla bərabər adı çəkilən şəhəri də hər zaman fəzalıların yolunu gözləyir. xa0Burada mütəmadi olaraq qəribə parıltıya malik zolaqlı işıqlar əmələ gəlir və sonra da sönür. Sonuncu dəfə isə bir neçə il bundan əvvəl belə hal yaşanmışdı. Mütəxəssislər, kosmik tədqiqatçılar həmin şəhəri də öz “laboratoriya”x9dları hesab edir.
Hazırladı: Elmin Nuri




































































































