"Rusiya hücuma hazırlaşır. Ukrayna "Ramştayn"ın fevral görüşündə nələri əldə edəcək?"
"Rusiya üçün Ukraynanın tərəfdaşları "yuxudan oyanmayınca" hücum etmək daha yaxşıdır..."
"Texnikanın təchizatı hesabına idarə edilən müharibə davam edir..."
"Martın əvvəlinə Rusiya öz strateji ehtiyatını hazırlayacaq, ona görə də silah tədarükünü hər vasitə ilə sürətləndirmək lazımdır..."
Rusiya müharibənin eskalasiyasını və səfərbərliyi davam etdirir. Səfərbərliyin "ilk dalğası" zamanı 300 min çağırışçıdan təximinən 200 mini artıq cəbhədədir və dörd istiqamətdə-Baxmut, Soledar, Liman və Uqlerod istiqamətlərində hücum əməliyyatları həyata keçirir, qəfildən hərəkət edir. Rusiyalılar həmçinin növbəti strateji ehtiyatı formalaşdırır, həm Rusiya, həm də Belarus ərazisindəki təlim mərkəzlərində daha 300 min səfərbər edilənlər hazırlıq keçir.
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşrində dərc edilən müəlluf məqaləsində deyilir.
Beləliklə, böyük ehtimalla, fevralın 24-də rusiyalılar tətbiq etmək üçün zərbə qruplaşmasını formalaşdırmağa başlayacaq. Bunun üçün onların gücü var. Çünki hətta sərəncamlarında olan köhnə texnika, o cümlədən piyadaların döyüş maşınları və T-72 və ya T-62 tankları şəxsi heyətin silahlandırılması üçün kifayətdir.
Ukrayna buna yalnız malik olduğu qüvvələrlə hazırlaşır.
"Əgər bizə vaxtında yardım edilsəydi, biz bu il dəqiq müharibəyə son qoya bilərdik"
Birincisi, təəssüf ki, sosial şəbəkələrdə bizim döyüş zirehli maşınları və tankları əldə edəcəyimiz barədə müşahidə edilən eyforiyanın əsası yoxdur. Axı, müttəfiqlərimiz uzun zaman bu yardımın göstərilməsində tərəddüd edib, ona görə də lazım olan texnika yalnız bir və ya iki aydan sonra əldə ediləcək. Əgər Xarkov və Xerson əməliyyatlarından sonra bizə vaxtında yardım edilsəydi, biz bu il müharibəni sona yetirə bilərdik. Lakin düşündüyümüz kimi olmadı.
İkincisi, düşmən də bu tədarükün ilkin müddətlərindən xəbərdardır. Bunu nəzərə alaraq, ehtimal ki, o da öz fəaliyyətini planlaşdıracaq. Yəni rusiyalılar biz lazımi silah alanadək hərəkət etməyə başlaya bilər. Üstəlik, vəziyyətin kəskinləşməsi artıq indi başlaya bilər.
Texnikanın təchizatı hesabına idarə edilən mübaribə davam edir. Ukraynanın müdafiəsi məsələləri üzrə "Ramştayn" təmas qrupunun növbəti iclası fevralın 14-də baş tuta bilər. İclasda mən təkcə reaktiv təyyarələr deyil, həm də zərbə helikopterləri üzrə də suallar verilməsini məsləhət görərdim. Əlbəttə, biz heç olmasa yarım ildən sonra aviasiyanı ala bilərik, lakin bu barədə hələ dünəndən danışmaq lazımdır.
Bundan başqa, bizim 300 km-dək məsafədə yerləşən hədəflərə zərbə vura biləcək uzaqvuran, o cümlədən ATACMS raketlərinə son dərəcə ehtiyacımız var. Ona görə də bu tədarükləri hər vasitə ilə sürətləndirmək lazımdır.
"Hücum üçün qruplaşma hələ formalaşmayıb, Rusiyaya bunun üçün hələ, heç olmasa, bir neçə həftə lazım olacaq"
Məsələ burasındadır ki, Ukrayna rusiyalıların yeni yürüşünü gözləyir. Bəzi ekspertlər qeyd edir ki, yeni hücum ehtimalı az qala gələn həftə üçün mövcuddur. Guya, təxribat xarakterli hərəkətlər ola bilər. Bununla birlikdə, xatırladım ki, bunun üçün qruplaşma hələ formalaşmayıb. Yəni bunun üçün Rusiyaya heç olmasa bir neçə həftə lazımdır. Beləliiklə, 24 fevral tammiqyaslı eskalasiyanın ildönümünə də olmasa, martın əvvəlinə Rusiya öz strateji ehtiyatını hazırlayacaq.
Bir sözlə, müddət məsələsi çox kəskindir. Bu, həm tankların verilməsinə, həm də aviasiya məsələsinə aiddir. Hələlik, biz gözləyirik, rusiyalılar bizə zərbə endirməkdə maraqlıdır. Çünki indi onların aviasiyası, artılleriyası, raketləri daha çoxdur. Ona görə də, şübhəsiz, onlar üçün Ukraynanın tərəfdaşları "yuxudan oyanmayınca" hücum etmək daha yaxşıdır.
Müəllif: İqor Romanenko, hərb elmləri namizədi, texnika elmləri doktoru, professor, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, ehtiyatda olan general-leytenant


































































































