Jurnalistlərin Füzuli, Hadrut və Şuşaya mediaturu başladı

Hazırda oxunan: Jurnalistlərin Füzuli, Hadrut və Şuşaya mediaturu başladı

97904

Oktyabrın 7-də yerli media nümayəndələrinin Füzuli, Hadrut və Şuşaya mediaturu başlayıb.

Bizim.Media xəbər verir ki, səfər "Azərişıq" ASC və MEDİA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Səfər çərçivəsində media nümayəndələri Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi və Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində olacaqlar.
20 Oktyabr - Azərbaycan Energetiklər Günü münasibəti ilə təşkil edilən mediaturda müxtəlif KİV-lərdən 30-a yaxın jurnalist iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO