Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – FOTO
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Bizim.Media xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Təşəkkür edirəm, hörmətli Şavkat Miromonoviç.
Əziz dostlar.
İlk növbədə, dəvətə, qonaqpərvərliyə, Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz belə səmimi münasibətə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.
Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəslə...