Prezidentdən Qurban Qurbanov ilə bağlı SƏRƏNCAM - FOTO
Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Qurban Səidoviç Qurbanov uzun illər Dərbənd rayon administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
Bizim.Media...