Kolumbiyada prezident seçkiləri: Trampın pərəstişkarı ikinci turda mübarizə aparacaq

Kolumbiyada prezident seçkiləri: Trampın pərəstişkarı ikinci turda mübarizə aparacaq

Hazırda oxunan: Kolumbiyada prezident seçkiləri: Trampın pərəstişkarı ikinci turda mübarizə aparacaq
616469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kolumbiyada keçirilən prezident seçkilərinin birinci turunda sağ radikal hüquqşünas Abelardo de la Espriella liderlik edir. İkinci turda o, sol mərkəzçi Prezident Qustavo Petronun dəstəklədiyi senator İvan Sepeda ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Kolumbiya Milli Vətəndaşlıq Vəziyyəti Reyestrinin rəsmi saytında yer alıb.
 

Səsvermə bülletenlərinin 99,97%-i hesablandıqdan sonra müxalifətin namizədi və Donald Trampın pərəstişkarı olan Espriella 43,7% (10,3 milyondan çox səs), Sepeda isə 40,9% (təxminən 9,6 milyon səs) toplayıb.


Ölkənin hazırkı Prezidenti Qustavo Petro ilkin nəticələri qəbul etmədiyini açıqlayıb. Dövlət başçısı "X" sosial şəbəkə hesabında yazıb:

"Prezident olaraq mən Bautista qardaşlarına məxsus özəl şirkətin apardığı ilkin hesablamanın nəticələrini tanımıram".

Petronun iddialarına görə, səsvermə alqoritmləri bir həftə ərzində üç dəfə dəyişdirilib, rəsmi siyahıdan kənar isə sistemə 800 min saxta identifikasiya nömrəsi əlavə olunub. O, yalnız Milli Seçki Şurasının keçirəcəyi rəsmi yoxlamanın nəticələrini qəbul edəcəyini bəyan edib.

Reyestrin keçmiş rəhbəri Xuan Karlos Qalindo Vaça (Juan Carlos Galindo Vacha) prezidentin bu bəyanatlarını "dezinformasiya" adlandırıb.

O qeyd edib ki, ilkin hesablama ilə rəsmi nəticələr arasındakı fərq adətən 1%-dən çox olmur. Bununla belə, senator Sepeda da prezidentin mövqeyini dəstəkləyərək bəzi seçki məntəqələrində "qeyri-adi səsvermə modellərinin" müşahidə olunduğunu bildirib.

Seçkilərin ikinci turu iyunun 21-nə təyin edilib. Kolumbiyanın yeni prezidentinin andiçmə (inaqurasiya) mərasimi isə avqustun 7-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO