Ulduzlar bu gün sevgi cəbhəsində nələr vəd edir? Münasibətlərdə hansı sürprizlər, ciddi söhbətlər və ya romantik anlar gözlənilir?
Bizim.Media 1 iyun tarixinə olan bərabərhüquqlu və maraqlı sevgi qoroskopunu təqdim edir:
Qoç
Bu gün enerjinizi müsbət və dinc məcraya yönəldin, əks halda o, ətrafınızdakı hər şeyi məhv edə bilər!
Buğa
Bu gün qarşı cinsin nümayəndəsindən şəfqət, rəhm və qəlb istiliyi görməyi çox arzulayacaqsınız.
Əkizlər
Bu gün sevdiyiniz insan öz dünyagörüşü və savadı ilə sizin qarşınızda öyünmək istəyəcək. Odur ki, buna hazır olun.
Xərçəng
Bu gün müxtəlif amillər sizi şəxsi həyatınızdan yayındırmağa çalışacaq ki, bu da həm sizi, həm də partnyorunuzu olduqca əsəbiləşdirəcək.
Şir
Bu gün sevdiyiniz şəxs açıq havada daha çox vaxt keçirmək istəyəcək, özü də mütləq sizin şirkətinizdə.
Qız
Bu gün partnyorunuz sizi bir baxışdan anlamağa həvəsli olmayacaq, hətta siz bir sfinks kimi tapmacalarla danışmasanız belə.
Tərəzi
Ulduzlar bu gün sevdiyiniz insanla birlikdə öz əllərinizlə nə isə düzəltməyi (konstruksiya etməyi) tövsiyə edir. Bu, sadə bir oyuncaqdan tutmuş mebelə qədər hər şey ola bilər.
Əqrəb
Bu gün geyiminizdə sevdiyiniz insanla harmoniya təşkil etmək sizin üçün çox vacibdir. Məsələn, hər ikiniz cins geyimlərə üstünlük verə və ya birlikdə rəsmi (bussiness) üslub seçə bilərsiniz.
Oxatan
Bu gün kiminsə qəlbini fəth etmək zamanının gəlib-çatmadığı barədə ciddi şəkildə düşünəcəksiniz. Ola bilsin ki, ağlınızda artıq bir namizəd var, sadəcə bu vaxta qədər ona yaxınlaşmağa cəsarət etmirdiniz. Hərəkətə keçmək üçün ən uyğun an məhz bu gündür.
Oğlaq
Bu gün sevdiyiniz insanın sizsiz bir dəqiqə belə keçirməsi çətin olacaq. Buna görə də o, sizə durmadan zəng edəcək, mesajlar yazacaq və ya sadəcə yorulmadan sizi düşünəcək.
Dolça
Bu gün olduqca sakit və təmkinli olacaqsınız, hətta bəlkə də həddindən artıq. Unutmayın ki, sevgi ilə hədsiz məntiqlilik bir-birinə o qədər də uyğun gəlmir.
Balıqlar
Bu gün sevdiyiniz şəxslə aranızda çox ciddi bir söhbət baş tutacaq. Bu danışıqdan qaçmaq mümkün olmayacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:29 / 01.06.2026
1 iyun üçün sevgi qoroskopunuz
Hazırda oxunan: 1 iyun üçün sevgi qoroskopunuz
Hazırda oxunan: 1 iyun üçün sevgi qoroskopunuz
616460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































