Bu gün 37 mindən çox şəxs imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.
Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadla bu gün keçiriləcək imtahanların siyahısını təqdim edir.
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblər...